Elmar Məmmədyarov: “İyun görüşündən status-kvonu dəyişmək üçün əhəmiyyətli irəliləyiş gözləyirik"

15:58 / 31.05.2016

"NATO ilə əməkdaşlıq Azərbaycanın hərbi-təhlükəsizlik qüvvələrinin islahatı və NATO ölkələrinin silahlı qüvvələri ilə operativ uzlaşmanın güclənməsində mühüm rol oynayır"

Xarici işlər naziri Elmar Məmmədyarov 31 may 2016-cı il tarixində NATO-nun mənzil-qərargahında keçirilən Azərbaycan-NATO iclası çərçivəsində təşkilatın ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edib.

 

XİN-in mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan və NATO üzv dövlətləri arasında Sülh Naminə Tərəfdaşlıq üzrə Çərçivə Sənədi və Avro-Atlantik Tərəfdaşlıq Şurasının Əsas Sənədi əsasında siyasi və hərbi əməkdaşlığın inkişaf etdiyini söyləyərək Azərbaycanın fəal surətdə NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı, Planlaşdırma və Təhlil Prosesi və Əməliyyat İmkanları Konsepsiyası kimi proqramlarında iştirak etdiyini xatırladıb.

 

NATO ilə əməkdaşlığın Azərbaycanın hərbi-təhlükəsizlik qüvvələrinin islahatı və NATO ölkələrinin silahlı qüvvələri ilə operativ uzlaşmanın güclənməsində mühüm rol oynadığını deyən E. Məmmədyarov Azərbaycan zabitlərinin bu gün alyansın qərargahlarında da xidmət etdiyini bildirib.

 

Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək üçün NATOölkələri ilə birlikdə Kosovo əməliyyatına (KFOR) və Əfqanıstanda İSAF və Qətiyyətli Dəstək missiyalarına töhfə verdiyini diqqətə çatdıran nazir Azərbaycanın Əfqanıstanla ikitərəfli əsasda da əlaqələrinin inkişafı barədə məlumat verib. O, bir çox NATO üzv dövlətləri ilə birlikdə AzərbaycanınTANAP və TAP qaz kəməri layihələrini icra etdiyini və NATO-da Azərbaycanın sədrlik etdiyi işçi qrup çərçivəsində xüsusi əhəmiyyətli infrastrukturun qorunmasına dair müntəzəm seminarların praktiki əhəmiyyətini vurğulayıb.

 

Cənubi Qafqaz regionundakı vəziyyətdən danışan E. Məmmədyarovun sözlərinə görə, 20 ildən artıq dövr ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulub, 20 faiz əraziləri Ermənistanın işğalı altındadır və işğal olunmuş ərazilərdə əhali qanlı etnik təmizləməyə məruz qalıb. Ermənistanın təhriki və təxribatı ilə cəbhə xəttində baş vermiş son gərginlik barədə ətraflı danışan nazir işğal faktına əsaslanan status-kvonun gərginlik mənbəyi olmaqda davam etdiyini nəzərə çatdırıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonu etibarsız və qəbuledilməz saydığını deyən E. Məmmədyarov bəyan edib ki, status-kvonun dəyişdirilməsi üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır: “16 may tarixində Vyanada ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi. İyunda status-kvonu dəyişmək üçün əhəmiyyətli irəliləyiş əldə etmək məqsədilə başqa bir görüşün keçiriləcəyini gözləyirik”.

 

Ermənistanın Azərbaycanı “çirkli" bombalarla hədələməsi, kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq konvensiyalar əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi barədə məlumat verən xarici işlər naziri rəsmi Yerevanın danışıqlar prosesinə yenə də xələl vurmaq siyasəti yürütdüyünü bildirib. O, Ermənistanın BMT Nizamnaməsi və Helsinki Yekun Aktına uyğun olaraq, digər dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət göstərmək və ona qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək kimi öhdəliklər götürdüyünü xatırladaraq, rəsmi Bakının Ermənistandan məhz buna əməl etməyi və beynəlxalq ictimaiyyətdən də bunu tələb etməyi gözlədiyini vurğulayıb.

 

Nazir NATO-nun öz zirvə toplantılarının yekun bəyanatlarında bu məsələyə münasibətdə ifadə olunan qəti və ardıcıl mövqeyin yüksək qiymətləndirildiyini də deyib.

 

E. Məmmədyarov yekunda NATO dövlətləri nümayəndələrinin suallarını cavablandırıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM