İnsanı "nəvazişlə" öldürən xəstəlik

22:58 / 31.05.2016

Qaraciyərin kəskin və xroniki iltihabı olan hepatit xəstəliyi dünyada ən çox yayılmış xəstəliklərdəndir. Tədricən inkişaf edən hepatit insanda hətta qaraciyər çatışmazlığına, qaraciyər xərcənginə gətirib çıxara bilər.

A, B, C, D, E, F, G (axırıncı 3 növə nadir hallarda rast gəlinir) növləri olan hepatiti viruslar törədir.

Məişət yolu ilə ötürülən A hepatiti çirkli su və qidaların qəbulu nəticəsində orqanizmə daxil olur. B və D hepatiti virusları qan, sperma və qadın cinsi orqanının ifrazatları ilə ötürülür. A hepatiti adətən xroniki hala keçmir. A hepatitinin praktiki olaraq həmişə kəskin xəstəlik olmasına baxmayaraq, inyeksion narkotik istifadəçiləri üçün ölümlə nəticələnə bilər. Bu xəstəlik əsasən qripəbənzər simptomlarla başlanır. Bu zaman hərarət 38-39° C-yə qədər yüksəlir və 1-3 gün davam edir, başağrısı əmələ gəlir, titrətmə, yuxululuq, iştahanın azalması, ağızda acılıq, ürəkbulanma, qusma, ishal, sağ qabırğaaltı nahiyədə ağırlıq müşahidə olunur, sonra sarılıq inkişaf edir, sidiyin rəngi dəyişərək pivə rəngini alır, nəcis rəngsizləşir, gözün ağı, daha sonra isə dəri saralmağa başlayır. Saralma nadir hallarda 4-6 həftədən uzun çəkir. Xəstəliyin sarılıq əlaməti olmayan formalarına da rast gəlinir.

A hepatiti virusu ilə yoluxmanın qarşısını almaq üçün gigiyenaya əməl etmək, yeməkdən qabaq əlləri yumaq, qaynanmamış su içməmək, yuyulmamış meyvə-tərəvəz yeməmək lazımdır.

İİV-dən (insanda immunçatışmazlığı virusu) 100 dəfə artıq yoluxucu olan virus

Əsasən qan vasitəsilə ötürülən С hepatiti virusunun cinsi yolla ötürülməsi ehtimalı azdır.

Ağır xəstəliklərdən olan В, С və D hepatitlərinə yoluxmuş insanların çoxunda xəstəlik xroniki halda keçir. Bu da qaraciyərin sirrozu, yaxud xərçənginə gətirib çıxara bilər. Xəstəliyin kəskin forması belə, bir neçə aydan sonra xroniki hala keçə bilər. Bununla belə, С hepatiti ilə müqayisədə В hepatiti daha az hallarda qaraciyərin inkişaf edən degenerasiyasını (dağılmasını) əmələ gətirən aktiv xroniki hala keçir. D hepatiti virusu insan orqanizmində yalnız В hepatiti virusu olduqda inkişaf edə bilər.

Hepatitin ən yoluxucu virusu olan B hepatiti İİV virusundan 100 dəfə artıq yoluxucudur. Statistikaya görə, dünyada inyeksiyon narkotik istifadəçilərinin 70-80%-i В hepatitinə yoluxub.

B hepatiti xəstəliyi tədricən başlanır. Xəstəlik süstlük, zəiflik, tez yorulma, başağrısı, yuxunun pozulması əlamətləri ilə ortaya çıxır. Xəstələrin 25%-də səhər vaxtı oynaqlarda və qaraciyərdə ağrılar, 10%-də isə dəridə gicişmə, qaşınma, iştahanın azalması, ürəkbulanma, qusma müşahidə olunur. Sarılıq müddətinin sonunda sidik tündləşir, nəcis ağarır, dişin ətləri (dişin dibləri) qanayır, burundan qan gəlir.

D hepatitinə yalnız orqanizmdə В hepatiti virusu olan halda yoluxmaq olar. D hepatitinin aktivləşməsi üçün В hepatitinin qişası mövcud olmalıdır. Bunların birgə olması isə çох təhlükəlidir. Çünki bu vəziyyət qaraciyərin qaçılmaz dağılmasına gətirib çıxarır.

"Nəvazişli öldürücü"

С hepatitinin ötürülmə yolu qanla olduğundan bu hepatit növü inyeksiyon narkotik istifadəçiləri arasında geniş yayılıb. С Hepatitinin virusuna inyeksiyon narkotik istifadəçilərinin çoxu yoluxmuş olur. Bundan əlavə, С hepatiti virusu cinsi yolla və anadan uşağa hamiləlik və doğuş zamanı ötürülə bilər, lakin ötürülmə riski bu hallarda о qədər də yüksək deyil, yəni 5%-ə qədərdir.

С hepatitinə yoluxanların 60-70%-də xəstəlik aydın simptomsuz keçdiyinə görə bu hepatiti "nəvazişli öldürücü" adlandırırlar. С hepatiti virusu öz inkubasiya (aktiv çoxalma) dövründə bir neçə dəfə öz strukturunu dəyişmə qabiliyyətinə malik olduğuna görə insanın immun sistemi onu aşkarlamağa imkan vermir. Beləliklə, virus insan orqanizminə özünü müdafiə etməyə imkan vermir və qaraciyərin hüceyrələrini parçalayır. Özünün uzun müddət (3-6 ay) "gizli" keçməsinə görə virus 80% hallarda xroniki hepatitə gətirib çıxarır.

Kəskin С hepatiti, adətən, heç bir klinik simptomla özünü büruzə vermir, bu da onun vaxtında diaqnostikasını çətinləşdirir. Əksər hallarda kəskin hepatitlər xroniki formaya keçir və yenə də heç bir kəskin, gözəçarpan əlamətlərlə özünü büruzə vermir. Hepatit С simptomları qaraciyər sirrozuna və hepatoselyulyar karsinomaya (qaraciyər xərçəngi) xas əlamətlərlə xəstəliyin son mərhələsində üzə çıxır.

20 ilə qədər yaşaya bilən virus

Hepatit viruslarına yoluxmanın qarşısını almaq üçün bir necə qaydaya əməl etmək lazımdır. Bunun üçün mütləq tualetə getdikdən sonra, yeməkdən və yemək hazırlamazdan əvvəl əlləri yumaq, başqasının üzqırxan cihazından, yaxud diş fırçasından istifadə etməmək (hepatitə yoluxmaq üçün dərinin kəsilməsindən yaranan azacıq qan, yaxud dişin dibinin azacıq qanaması kifayətdir), narkotik maddələr qəbul etməmək (əgər qəbul edilirsə, yaxşı olardı ki, iynədən istifadə edilməsin, yəni inyeksion yolla qəbul edilməsin. Əgər qeyri-inyeksion narkotik maddələrə keçmək mümkün deyilsə, onda ancaq steril şprisdən istifadə etmək lazımdır) lazımdır.

A hepatiti virusu qaynatma zamanı 5 dəqiqədən sonra məhv olur, otaq temperaturunda quru mühitdə 1 həftə, suda 3-10 ay qala bilər.

В və С virusları şprisdə bir neçə həftə, otaq temperaturunda 3 ay, soyuducuda 6 il, donmuş halda 20 ilə qədər yaşayır. Bu viruslar praktiki olaraq, bütün dezinfeksiyaedici vasitələrə qarşı dözümlüdür. Qaynatma ancaq 30 dəqiqədən çox davam etdirildikdən sonra virusları məhv edir.

Təəssüf ki, hazırda ancaq А, В (bunlara birlikdə D) hepatitinə qarşı vaksin mövcuddur. Peyvənd ən azı 3 dəfə vurulmalıdır. Birinci peyvənddən 1 ay sonra ikinci peyvənd (təkrar peyvənd), birinci peyvənddən 6 ay sonra üçüncu peyvənd vurulmalıdır. 5 ildən sonra revaksinasiya (təkrar peyvənd) aparılmalıdır. С hepatitinə qarşı isə vaksin yoxdur.

Hepatitlər, xususilə də С hepatiti elm tərəfindən son zamanlar aşkarlanıb. Bu xəstəliklərin müalicəsi məqsədilə əsasən interferon və ribavirin preparatların kombinasiyasından istifadə olunur. Effekt əldə etmək üçün 24-48 həftə müddəti ərzində fasiləsiz müalicə aparılmalıdır. Müalicə həkim-mütəxəssisin təyinatı ilə aparılmalıdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, xroniki hepatitlərin müalicəsi çox mürəkkəb və bahalıdır, lakin virus hepatitis daşıyıcıları sağlam həyat tərzi keçirərlərsə, öz sağlamlıqlarını virus əleyhinə müalicəsiz də qoruya bilərlər.

Xəstəliyin inkişafını və qaraciyərin vəziyyətini müşahidə etməklə yanaşı, bütün səyləri qaraciyərə düşən əlavə yükün, о cümlədən fıziki yükün aradan qaldırılmasına yönəltmək lazımdır.

Çoxlu su için!

Aydındır ki, su insanları С hepatitindən xilas etmir, lakin bu, qaraciyəri "yumaq" üçün nisbətən yüngül üsuldur.

Alkoqollu içkilərin qəbulu qaraciyərin sirrozunun inkişaf etməsi riskini yaradır, ona görə də alkoqol qəbulundan imtina etmək, heç olmasa, qəbul edilən spirtli içkiləri məhdudlaşdırmaq lazımdır. Çalışmaq lazımdır ki, dietik, balanslaşdırılmış yeməkdən istifadə edilsin. Pendir, şoraba və bəzi yarımfabrikatlar, tərkibində çox duz, şəkər, yaxud yağ olan qida məhsulları, həmçinin balıq qaraciyərə düşən yükü artıra bilər və ona görə də bu məhsulların istifadəsi azaldılmalı və ya dayandırılmalıdır.//trend


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM