Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kənd sakinləri Eldar Aslanov və əvvəllər məhkum olunmuş Teymur Nöybərov nömrəsi silinmiş “TOZ-8” markalı tüfəngi satarkən tutulublar.