Məqalədə bildirilir ki, müvəqqəti barışığın əldə olunmasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi zonasındakı sakitlik kövrək olaraq qalır və hərbi əməliyyatlar hər an başlaya bilər: "Azərbaycan və Ermənistan liderləri hərtərəfli nizamlanmaya gətirib çıxarmalı olan iyun görüşünə hazırlaşırlar, lakin buna nail olmaq çətin olacaq. 20 ildən artıq aparılan danışıqlar heç bir nəticə verməyib".
Müəllif hesab edir ki, aprelin əvvəlində başlayan gərginliyin eskalasiyası qoşunların təmas xəttində vəziyyəti Azərbaycanın xeyrinə dəyişdi: "Bu vacibdir, çünki azad olunmuş mövqelər və yüksəkliklər strateji əhəmiyyət daşıyır. Azad edilən ərazi kifayət qədər genişdir. Azərbaycan ermənilərin qüruruna güclü zərbə endirməklə onlara başa saldı ki, Dağlıq Qarabağdakı mövqelər elə də güclü deyil".