Bu barədə virtualaz.org-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.
Tərtər rayonu
Şıxarx kəndi - 2 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 15 000 kv. m ərazi yoxlanılmışdır.
Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilmiş və 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılmışdır.
Qarağacı kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş və partlamamış hərbi sursat aşkar olunmamış, nəticə etibarı ilə 4 000 kv. m ərazi yoxlanılmışdır.
Ağdam rayonu
Qaradağlı kəndi - 3 ev və həyətyanı sahə və 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 4 500 kv. m ərazi yoxlanılmışdır.
Ballar kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılmışdır.
Füzuli rayonu
Horadiz şəhəri - 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd partlamamış hərbi sursat (1 partlamamış BM-21 raketi və 1 ədəd 100 mm-lik top mərmisi) aşkar edilmiş, nəticə etibarı ilə 2 389 kv. m ərazi yoxlanılmışdır.
01 İyun tarixində 7 ev və həyətyanı sahə, 6 əkin sahəsi, 22 partlayış yerinə baxış keçirilmiş, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd Qrad raketinin mühərrik hissəsi, 1 ədəd Qrad raketi və 1 ədəd 100 mm-lik top mərmisi) aşkar olunaraq götürülmüş və gün ərzində 43 889 kv. m ərazi təmizlənmişdir.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 01 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 555 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 483 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.