Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
M.Mard bildirib ki, Avropa İttifaqı bu cür görüşlərin keçirilməsini alqışlayır: "Avropa İttifaqı olaraq biz çox şadıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bu cür addımlar atılır. ATƏT Minsk qrupunun həmsədrləri də prezidentlərin növbəti görüşünün keçirilməsi üçün fəal iş aparırlar".