Kişiləri gözləyən BÖYÜK TƏHLÜKƏ: bunu həddən artıq etsəniz...

20:00 / 03.06.2016

İdmanla mütəmadi məşğul olan kişilərin əksəriyyəti protein tozundan da istifadə edir. Bu, xüsusən də son zamanlar kişilər arasında dəb halını alıb. Kişilər əzələ yığmaq üçün məşq etməklə yanaşı, protein də qəbul edirlər. Bəs bunun orqanizmə hansı faydaları və zərərləri var?

Strategiya.az lent.az-a istinadən protein tozu haqqında bilmədiyiniz məlumatlarla sizi tanış edir:

Protein tozu zülalların tozundan hazırlanmış qida əlavəsidir. Bunlar iki yerə bölünür: izolat növ proteinlər sırf əzələ kütləsini artırmaq, əzələ formasına qabarıq görünüş vermək məqsədilə, geyner növ isə əzələ kütləsinin həcmini böyütmək, çəkisini artırmaq və insanın öz çəkisini də artırmaq üçün istifadə olunur.
 
İlk növbədə onu bildirək ki, protein tozu ət, süd, yumurta, toyuq, lobya və başqa yeyilən qida məhsullarından hazırlanan zülaldır. Əsas fərqi qıraqdan əlavə edilən məhsul olmasıdır. Məşqçi Orxan Məmmədov proteinin məşqdən bir saat əvvəl və məşqdən dərhal sonra içilməsini məsləhət görür. O, proteinin ciddi zərərli maddə olmadığını deyir: "Məsələn, insan 5 toyuq yeyə bilməz, amma 1 qaşıq protein tozunda kifayət qədər protein və vitamin kompleksləri var. Bu da insan üçün xeyirlidir. Zərəri yalnız həddən artıq çox qəbul edildikdə ola bilər. Yalnız böyrəkdə problem yarada bilər. Başqa heç bir ziyanı yoxdur. Bu, bir həqiqətdir ki, protein qəbulunu dayandırdıqda əzələlərdə boşalma və sallanma baş verir. Ona görə də protein tozu qəbul etdikdə müntəzəm məşq etmək lazımdır. Normalda isə zülal əzələni yığmağa xidmət edir".
 
Məşqçi protein tozunun kişilərdə cinsi zəiflik yaratması fikrini də təkzib edir. Lakin o şərtlə ki, bu qida əlavəsi fasilələrlə qəbul edilsin: "Proteini 1 ay içdikdən sonra mütləq 10-15 gün fasilə vermək lazımdır. Bir ay müddətində isə hər gün içmək lazımdır. Mütləq çəkiyə uyğun qəbul edilməlidir. Məsələn, 90 kilo çəkisi olan insan 90 qram protein içə bilər. Bu 90 qramı isə gün ərzində 2-3 dəfəyə bölmək lazımdır. Protein tozu ilə yanaşı, təbii zülallı qidalar da yeyilməlidir". 
 
O. Məmmədov deyir ki, kökəlmək istəyən xanımlar və bəylər də protein tozundan yararlana bilərlər. Onlar üçün isə kalorili qidalarla yanaşı, gündə 4 dəfə olmaqla və sonuncu yatmazdan yarım saat əvvəl qəbul etmələri məsləhətdir. 
 
Dietoloq Leyla Zülfüqarlı isə istənilən adamın protein tozu qəbul etməsini düzgün hesab etmir. Mütəxəssis bildirir ki, yalnız professional idmançıların müəyyən kateqoriyası, məsələn, ağır atletika və ağırlıq idmanı ilə məşğul olanlar protein tozundan yararlana bilərlər. Burada isə məqsəd əzələ yığmağa xidmət etməlidir. Protein tozu yalnız bu halda qida əlavəsi olaraq dəstəkləmə proqramında istifadə edilə bilər. Lakin trenajor və qaçışla məşğul olanların protein tozundan istifadə etmələri zərərlidir: "Ümumiyyətlə, qidalanma vacib elmdir. Qidanın özünün funksiyası var. Hər hansı bir xəstəlik dərman terapiyası və qidalarla müalicə edilir. Dərmanların xeyirli tərəfləri ilə yanaşı, yan təsirləri də olur. Məsələn, dərmanların metabolizmi qaraciyərdə getdiyi üçün toksiki təsir nəticəsində qaraciyər, böyrəklər artıq yüklənir. Protein tozları da qida əlavəsidir. Qidadan fərqi budur ki, həddən artıq çox qəbul etdikdə qaraciyəri, böyrəkləri yükləyir, bədənin su balansına təsir edir".
 
Dietoloqun sözlərinə görə, nisbətən günahsız olan veb protein tozlarıdır ki, təmiz süddən hazırlanır. Lakin onlardan da yalnız xüsusi kateqoriyalı idmançılar bəhrələnə bilərlər. Bunun xaricində arıqlamaq üçün və ya sadəcə sağlam həyat tərzi məqsədilə idmanla məşğul olanların protein tozu qəbul etmələri məsləhət deyil. Çünki bu halda qidanın verdiyi effektlər yetərlidir və protein tozlarına ehtiyac yoxdur. Protein tozu terapiya məqsədilə də istifadə edilir: "Hər bir nemətin miqdarı var, artıq olanda ziyanları ortaya çıxır. Protein tozlarına da bunu aid edə bilərik. Yalnız professional idmanla məşğul olanlar dəstəkləyici terapiya kimi istifadə edə bilirlər. Ən əsası, protein məşqlər arasında qəbul edilməlidir. Davamlı olaraq protein tozundan istifadə etmək alışqanlıq yaradır. Bir çox xəstəliklər zamanı və ya bir çox cərrahiyyə əməliyyatlarından sonra ağızla qida qəbulu mümkün olmur və ya çətin olur. Bu halda orqanizmin protein ehtiyacı xüsusi hazırlanmış protein tozu ilə ödənilir".
 
L. Zülfüqarlı proteindən həddən çox istifadənin cinsi zəifliyə də səbəb olduğunu təkzib etmir. Çünki protein ağırlığı çox olduğu təqdirdə cinsi aktivliyi meydana gətirən testesteron hormonunun səviyyəsinə də təsir edir: "Bizim gündəlik proteindən çox karbohidrata ehtiyacımız var. Qidalanmamızda rasionumuzun dörddə birini protein tutmalıdır. Sadəcə protein yeganə qida inqredientidir ki, orqanizmdə enerjini depolamır, yəni qida orqanizmə daxil olduğu təqdirdə enerjini depolamadan orqanizmdən xaric olunur. Yağ və karbohidrat isə enerjini depolayır. Məhz bu baxımdan bəzi insanlar xırda hiyləgərlik edərək kortəbii proteini qəbul edirlər. Çox qəbul etdikdə isə zülal yüklənməsi baş verir. Sadəcə insanlar məlumatsız olduqları üçün zülal ilə orqanizmlərimi yükləyirlər. Amma sonradan çox ciddi problemlər ortaya çıxır. İlk növbədə zülal mübadiləsi, su-elektrolit mübadiləsi pozulur, böyrək patologiyaları üzə çıxır və orqanizm balanslaşmış qida nisbətini itirməyə başlayır. Buna görə də protein tozlarının həddən artıq qəbulu kişilərdə zülal mübadiləsinin pozulmasına gətirib çıxarır. Nəticədə mübadiləsi pozulan orqanizmdə ən təhlükəli məqam olan bioloji pozuntular yarana bilər". 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM