Bir NATO səlahiyyətlisi , Türkiyənin Suriya təyyarəsini vurmasının şübhəli olduğunu , bunun bölgədəki radikal qruplara kömək üçün edildiyini iddia edib
Strategiya.az xarici mətbuata istinadən xəbər verir ki, Al Monitora danışan və adını vermək istəməyən bir NATO rəsmisi , Türkiyənin Suriya təyyarəsini vurmasından xəbərsiz olduğunu söyləyib. Türkiyənin planlı bir şəkildə Suriya təyyarəsini salmış olduğunu müdafiə edən səlahiyyətli , "Türkiyəyə istiqamətli hər hansı bir təhdid olduğu barəsində şübhələrimiz var. Görünüşə görə , Türkiyə radikal qruplara kömək üçün Suriya təyyarəsini vurub" ,-deyə bildirib.
Eyni qaynaq , NATO ölkələrinin , Türkiyənin NATO -daki daimi nümayəndəsi Fatih Ceylana narahatlıqlarını dilə gətirdiklərini qeyd edib. NATO Xarici İşlər Nazirləri zirvəsində , qayğıların Əhməd Davutoğluna birbaşa bildiriləcəyini söyləyib.