Metropolitendə vaqonların əsaslı təmiri ilə yanaşı, modernləşdirilməsi də aparılacaq. Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, metropolitendə qatarların zahiri görkəminin, simasının yenilənməsi sərnişinlərin də diqqətindən yayınmır. "Bakı Metropoliten" QSC-nin rəhbərliyi əsaslı təmir və modernləşdirmə məqsədilə metro qatarlarının ölkə xaricinə göndərilməsi təcrübəsinə son qoyaraq, onun yerli şəraitdə təşkilinə nail olmaq üçün tədbirləri davam etdirir:
"Bu prosesin növbəti mərhələsinin məhsulu olan daha bir qatar artıq xəttə verilib. Yanvar ayında xəttə çıxmış belə qatarlardan birinin oturacaqlarının üzərinə Bakı metropoliteninin loqotipi yerləşdirilmişdi. Lakin təmir olunaraq xəttə verilmiş qatarlarda bu yeganə dəyişiklik deyil".
Nəsimi Paşayev diqqətə çatdırıb ki, metropolitendə qatarların əsaslı təmirinə nail olmaq üçün mərhələli addımlar davam etdirilir: "Vaqonların sərnişin salonunun tam yenilənməsi, eləcə də görünüşündə dizayn yeniliklərinin tətbiqi genişləndirilir. Növbəti mərhələ maşinist kabinasının ön hissəsi dəyişdirilərək, texnoloji yeniliklərin tətbiqinə başlanılmasıdır. Bu isə, Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialında əsaslı təmir edilərək modernləşdirilən qatarların ən əsas elementinin yerli şəraitdə tətbiqini reallığa çevirir.
Yeniliklərin tətbiqi zamanı diqqət fərqli, daha etibarlı texnoloji və dizayn həllinə yönəldilib. Kabinanın ön hissəsi kompozit materialdan hazırlanır. Bu material dəmir qədər möhkəm, lakin daha yüngüldür, həm də korroziyadan daha etibarlı mühafizə olunur. Onun digər üstünlüyü təhlükəsizlik tələblərinin daha da gücləndirilməsidir. Bundan savayı, vaqonun ön şüşəsi artıq müxtəlif hissələrdən ibarət deyil və bütöv tökmə üsulu ilə hazırlanıb. Onun yuxarı hissəsində yerləşən informasiya panelində təkcə elektron "Bakı metrosu" ifadəsi olmayacaq. Orada istənilən "qaçan" sətrə informasiyanı yerləşdirmək mümkündür. Xəttə verilən yeni qatarda daha bir element Bakı metropoliteninin loqotipinin də burada yerləşdirilməsidir. Hazırda onun da tam elektronlaşdırılmış üsulla tətbiqi üzərində iş aparılır. O, sərnişinin diqqətini cəlb etməklə yanaşı, həm də burada yerləşdiriləcək informasiyanın çeşidini zənginləşdirməyə imkan verəcək.
Ön hissənin işıqlanma sistemində də böyütmə effektli materialdan istifadə olunub. Bundan başqa, sərnişin salonunda istehsalçı müəssisə, vaqon-inventar və s. ilə bağlı lövhələr artıq "Bakı Metropoliteni" QSC-nin müvafiq sahəsinin bazasında hazırlanır.
Gələcəkdə innovativ yeniliklərin genişləndirilməsi, o cümlədən maşinist pultunun tam müasirləşdirilməsi planlaşdırılır. Bu yeniləşmə "Nərimanov" elektrik deposunun bazasında istismara veriləcək qatarların əsaslı təmiri sahəsində yerinə yetiriləcək. Onun inşası da sürətlə aparılır. Tikinti işləri ilə yanaşı, sahənin material-texniki təchizatı ilə bağlı məsələlər də planlı şəkildə həllini tapmaqdadır. Əsaslı təmir sahəsinin inşası və təchizatı başa çatdığı vaxtdan tam gücü ilə istismara veriləcək".
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM