Qarpızın növlərini formasına, ölçüsünə, görüntüsünə, qabığının qalınlığına görə fərqləndirmək mümkündür. Qalınqabıqlı qarpızlar daşınma və saxlanma üçün daha əlverişlidir. Təzə qarpız təmiz, bütöv, sağlam və öz növünə xas rəngdə olur. Təbii ki, sadaladığımız amillər təbii, öz vaxtında yetişən qarpızlara aiddir. Təbii qarpız və yemiş isə iyul ayının sonları, avqust ayında yetişir. Hazırda isə iyun ayı olsa da, bazarlarda qarpız və yemişlərə rast gəlmək mümkündür.
Baş çəkdiyimiz "Yaşıl bazar"da kifayət qədər qarpız və yemiş satılırdı. Ancaq qiymətləri əl yandırırdı. Bu bostan bitkilərinin qiyməti demək olar ki, ət qiymətinədir.
Strategiya.az musavat.com-a istinadən bildirir ki, satıcılar qarpız və yemişin əsasən Türkiyə və İrandan gətirildiyini deyirdilər. Qarşısında qarpız və yemişi qoyub "bal kimi dadlı qarpıza, yemişə gəl, ay müştəri" deyərək müştəri səsləyən satıcıya yaxınlaşdıq. Alıcı olduğumuzu zənn edib kəsdiyi yemişdən dadmağımızı və almağımızı istədi.
Adının Elman olduğunu deyən satıcı qarpız və yemişin Sabirabaddan gətirildiyini deyirdi: "Sabirabadda istixanada yetişən qarpızdı. Özüm gətirmişəm. Yemişin kilosu 3 manat, qarpızın kilosu isə 2 manat 50 qəpikdir. Alsanız, 2 manatdan da verərəm. Yemişi 1 aya yaxındır ki, satıram. Amma qarpızı bu gün gətirmişəm və artıq 3 dənəsini satmışam. Ən kiçik qarpız 5 kilo gəlir. Onun da qiyməti 12 manat 50 qəpik edir. Baha olduğu üçün alanlar azdır. Qapızın içi qırmızıdır, dadı da bal kimi şirindir. Parnikdə yetişən qarpız heç vaxt kal olmur. Bu qarpıza deyildiyi kimi iynə vurub yetişdiursələr, kilosu 5-6 manat olar. Normalda qarpız, yemiş avqustda yetişsə də bunlarda o aylarda yetişən qarpızdan fərqlənmir. Qarpızı açıq şəkildə 10-15 gün saxlaya bilirik. Bəzən deyirlər ki, parnikdə yetişən qarpızlar zəhərli olur. Amma belə deyil. İstəsəniz alıb yoxlaya da bilərsiniz. Mən özüm 15 gündür yemiş yeyirəm. Uşağım da yeyir və heç bir problem yoxdur. Yəni məsləhətlidir, hər kəs alıb yeyə bilər".
Bazarın digər başındakı qarpız-yemiş satıcısı isə qarpızların İran və Türkiyədən gətirildiyini dedi: "Rəngi həddindən artıq yaşıl olan qarpızlar Türkiyədən gətirilib. Digərləri isə İrandan. Sabirabaddan qarpız gətirilmir. Yalnız yemiş gətirilir. Düzdür, istixanalarda yetişən qarpızlar var. Amma çox satıcı o qarpızları alıb gətirib satmır. Çünki o qarpızlar gübrə ilə yetişdirilib və onu yeyən adamın zəhərlənmə ehtimalı ola bilər. Bu qarpızlar yetişən yerdə hazırda 40 dərəcəyə yaxın istilik var. İsti olduğu üçün də bunlar təbii yetişdirilir və xüsusi temperatur rejimində soyuducularda Azərbaycana gətirilir".
Yemişin kilosunun 4 manat 50 qəpik, qarpızın isə 2 manat 50 qəpik olduğunu deyən satıcı alıcı azlığından gileyləndi: "İrandan gətirilən qarpızın kilosu 2 manat 50 qəpikdir. Sabirabad qarpızının topdan satışda 1 manat 50 qəpiyə almaq olar. Onun da üstünə 50 qəpik qoyub 2 manata sata bilərlər. Yerli qarpız çıxandan 1 ay sonraya qədər də İran qarpızı satıla bilər, tələbat olur. Çünki İran qarpızı həm dadlı olur, həm də gübrəsiz. Çox insan qarpız almağa qorxur. Amma narahat olmağa ehtiyac yoxdur. Mən özüm o qarpızdan evə aparıb yeyirəm. Qarpızı kəsib gözünüzün önündə veririk. Zəhərli olma ehtimal olan qarpızlarda ağ zolaqlar olur. Onlar da hazırda yalnızca Sabirabadda yetişən qarpızlarda ola bilər, İran və Türkiyədə yetişənlərdə bu mümkün deyil"
Alıcılar isə qarpız və yemiş almağa hələ ürək etmədiklərini deyirdilər. Alıcı Gülnar Zeynalovayemiş alıb daddığını, ancaq qarpız almadığını dedi: "Yemiş almışam. Dadı avqustda yetişən yemişin dadını vermir. Ancaq qarpız almamışam. Çünki onu yemək hələ qorxuludur. Qarpız zəhərlənməsi təhlükəlidir. Ona görə də 2 ayda səbir edib vaxtında təbii yetişib satılanda alıb yeyəcəm".
Digər alıcı Eldar Məmmədov isə qiymətlərinin çox baha olduğunu dedi: "Bir dənə balaca qarpızı çəkdirəndə ən azı 10 manat edir. 10 manat süni yolla yetişdirilmiş dadsız qarpıza pul verməkdənsə, 1 kilo ət alıb 3 gün yeyərəm. Həm də düşünürəm ki, indi yetişən qarpız yemişin dadı olmaz . Bu bostan bitkilərini yeməsən də keçinmək olar".
Mütəxəssislər də sözügedən bostan məhsullarının yetişmə vaxtının iyul ayının sonları, avqust ayının əvvəlləri olduğunu deyir. Onlar iki ay yarıma ərsəyə gələn qarpızın yetişməsi üçün effektiv temperatur göstəricisinə yalnız həmin aylarda təsadüf olduğunu bldirirlər. Vaxtından tez bazarda yer alan məhsullar isə əsasən xaricdən idxal edilən və istixanalarda yetişdirilən məhsullardır.
Qeyd edək ki, qarpız və yemişin yetişdirilməsi ilə əsasən Kür-Araz ovalıqlarında yerləşən rayonlar məşğul olur. Bu isə həmin ərazilərdə müvafiq temperatur göstəricilərinin olması ilə bağlıdır. Vaxtından əvvəl yetişdirilmə, süni becərilmə zamanı isə kimyəvi birləşmələrdən istifadə edilir. Qarpızın daha tez yetişməsi üçün ona azot gübrəsi verilir ki, bu da nitrat tərkiblidir. Qarpız da bostan məhsulları içərisində ən çox nitratı özünə cəlb edən bitkidir. Normadan artıq nitrat qəbul edən qarpızların rəngi sarımtıl olur. Onun tərkibində ağ, sarı zoğların çoxluğu da nitratın normadan artıq olmasından xəbər verir.
Həkimlər zəhərlənmənin əlamətləri kimi ürəkbulanma, qusma, ishal, mədə ağrıları və digər ağırlaşdırıcı halları qeyd edirlər. Ağır hallarda tor görmə, ikigörmə, kəskin baş ağrıları müşahidə olunur. Zəhərlənmə gec aşkarlandıqda huşun müvəqqəti itməsi, ürək-damar sistemində pozğunluq, arterial təzyiqin düşməsi halları baş verir. Dəridə səpgilərin əmələ gəlməsi isə orqanizm üçün çox qorxuludur. Ona görə də iyun ayında qarpız yemək təhlükəlidir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM