Bu gün saat 11 radələrində Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında bıçaqlanma faktı baş verib. Hadisə şahidlərindən RTV-yə verilən məlumata görə, təhsil müəssisəsinin Vüqar adlı I kurs tələbəsi Salyandan olan Xalid adlı tələbəni bıçaqlayıb. Ona 3 bıçaq zərbəsi endirilib. Yaralı ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.