Strategiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 5-də Şəmkir rayonunun Sabirkənd kəndində yaşayan Elmar Heydərov evində tüfəngdən atəş açaraq özünü öldürüb.
Şəmkir RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "BUM" markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.