Ramazanda 17 saat ac qalmaq üçün nə yeyək?

16:45 / 07.06.2016

Ramazan ayı bu il də yayın ən isti günlərinə təsadüf edir. Havaların isti keçməsi, 17 saat müddətində ac-susuz qalmaq oruc tutan insanların sağlamlığı ilə bağlı bəzi sualların yaranmasına səbəb olur. Bu halda oruc tutanlar heç bir problemlə qarşılaşmamaq üçün necə qidalanmalı, orqanizmi yetərincə maye ilə təmin etmək üçün nə etməlidirlər?

Strategiya.az bildirirki, anspress-in bu barədə suallarını dietoloq Tutu Zeynalova cavablandırıb. Onun sözlərinə görə, Ramazan ayında elə qidalanmaq lazımdır ki, orqanizm ehtiyacı olan vitamin, mineral, karbohidrat, protein ve yağları yetərli miqdarda ala bilsin.

Oruc tutan insanların imsaqda və iftarda orqanizmi mümkün qədər su ilə təmin etmələrinin vacib olduğunu söyləyən dietoloq əks halda bunun ciddi fəsadlarının ola biləcəyini diqqətə çatdırıb.

"Gündə ortalama 1.5-2.0 lt. su içməyə çalışmaq lazımdır. Çünki gün ərzində içilməyən suyu iftardan sonra da içməsəniz halsızlıq, yuxululuq, həzm problemləri, mədə ağrıları yarana bilər. Həmçinin maye çatışmazlığı qan təzyiqinin aşağı düşməsinə gətirib çıxara bilər. Maye itkisi həm də iş qabiliyyətinin də aşağı düşməsinə səbəb ola bilər".

Onun sözlərinə görə, imsaqda yumurta, süd, qatıq, pendir kimi qidalardan ibarət yüngül bir səhər yeməyi yemək məsləhətdir. Bundan başqa şorba, tərəvəz və zeytun yağında hazırlanan yeməklərdən ibarət qida seçimi də edilə bilər. Ancaq gün ərzində həddindən çox aclıq problemi olanlar paxlalı bitkilərdən, mərcimək, bulqur plovu kimi yeməklər yeyə bilərlər.

"Yeməkləri tez-tez yemək olmaz. Yavaş-yavaş yaxşıca çeynəyərək yeyilməlidir", - deyə dietolaq vurğulayıb.

Gün ərzində gərgin iş qrafikində işləyən və həddindən artıq tərləyən şəxslərin itirdiyi mineralları bərpa etmələri üçün iftarda duzlu ayran içmələri, fosfor itkisinin bərpa etmək üçün qırmızı ət əvəzinə balıq yemələri məsləhət görülür.

Həddindən artıq yağlı, duzlu və ağır xəmir yeməklərdən uzaq durmaq məsləhətdir. Bunlar nəinki sizi uzun müddət tox saxlamayacaq, gün ərzində həzm problemləri və susuzluqla daha çox qarşılaşmanıza səbəb ola bilər.

Oruc tutarkən daha az susamaq, daha dözümlü olmaq üçün imsaqda plov, makaron kimi yeməklərdən kənar durmaq lazımdır. Bu cür yeməklər ac qalmağın qarşısını alsa da tez bir zamanda susamağa səbəb olar.

İmsaqda adətən bol meyvə yeyərək orqanizmi gün boyu su və minerallarla təmin etmək mümkündür. Ramazan boyunca imsaqda çay və qəhvə kimi içkilərdən uzaq durun. Biz sözlə, imsaqda ən çox meyvə suları, təbii sulardan istifadə etmək məsləhətdir.

İftar zamanı isə boş mədəni birdən yükləmək olmaz. Orucu yüngül yeməklərlə açmaq lazımdır. Məsələn, bir şorba və bir dilim çörəklə başlamaq olar. Bir qədər ara verdikdən sonra digər yemək istədiyiniz qidaları yemək olar.

Mütəxəssislər oruc tutan insanlara gün boyu ac qalmamaları üçün imsaqda yulaf kimi qidalardan istifadə etməyi məsləhət görür. Uzun müddətli toxluğu təmin edən qidalar həzmi uzun çəkən qidalardır. Məsələn, ağ çörək yerinə kəpəkli çörək yemək tox qalmağı təmin edə bilər. Eləcə də istər bişmiş, istərsə də çiy halda tərəvəz, mütləq qida rasionuna əlavə olunmalıdır. Əsas odur ki, yemək hazırlanarkən onun tərkibindəki yağın miqdarı düzgün seçilsin.

Ortalama 4-5 qaşıq tərəvəz yeməyində 1 çay qaşığı yağın olması düzgün hesab edilir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM