Bu barədəATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov “İnterfaks” agentliyinə müsahibəsində deyib.
İ. Popov bildirib ki, Vyanada prezidentlər əsas məsələlər üzrə danışıqlar prosesinin yenilənməsinə dair razılığa gəliblər: “Ümid edirəm ki, konstruktiv yanaşma üstün gələcək. İnsidentlərin araşdırılması mexanizmi üzərində işin tamamlanması ilə bağlı məsələdə ən yüksək səviyyədə razılıq əldə edilib və hazırda ATƏT mütəxəssisləri bu məsələnin həlli ilə məşğuldur. Ötən həftə bu məsələ ilə bağlı ekspert qiymətləndirmələrini Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə vermişik. Tərəflərin cavablarını gözləyirik”.
İ. Popovun sözlərinə görə, sülhməramlıların göndərilməsi ilə bağlı məsələ ancaq Dağlıq Qarabağ münaqişəsi üzrə əsas razılıqların əldə edilməsindən sonra mümkün ola bilər. Səfir həmçinin bildirib ki, müəyyən mərhələdə Dağlıq Qarabağın danışıqlar prosesində iştirak etməsi imkanı nəzərdən keçirilə bilər: “Güman edirəm ki, çərçivə sazişinin imzalanmasından sonra onların danışıqlar masasında qayıtması imkanı nəzərdən keçiriləcək”.(APA)