RUFİZ QONAQOV: “Prezident Almaniyada çox ciddi mesajlar verdi”- ŞƏRH

15:50 / 08.06.2016


Azərbaycan prezidenti İlham Əliyev iyunun 7-də Almaniyaya rəsmi səfəri zamanı Berlində bir sıra görüşlər keçirib. Görüşlərdə əsasən iqtisadi əməkdaşlıq və Qarabağ məsələsi müzakirə olundu. Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışının olması, “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı müzakirələr, Ermənistanın Dağlıq Qarabağ münaqişəsilə bağlı status-kvonu saxlaması, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edilməməsilə bağlı Berlində ciddi mesajlar verildi. Almaniya kansleri Angella Merkellə keçirilən görüş və görüşdən sonrakı brifinqdə də əsas müzakirələr, açıqlamalar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oldu. Prezidentin Almaniya səfəri Qərb mətbuatı tərəfindən də maraqla izlənilib. Qeyd olunur ki, Almaniya Bundestaqının qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul etməsindən sonra bu cür səfərin gerçəkləşməsi olduqca ciddi siyasi əhəmiyyat daşıyır. Ölkə başçısının Almaniya səfərini qiymətləndirmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqova müraciət etdik. Rufiz Qonaqova görə, indiki məqamda Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfəri olduqca əhəmiyyətli idi: "Səfərin həm siyasi, həm də iqtisadi əhəmiyyəti oldu. Prezident Berlində Almaniya ictimaiyyətinə, Avropaya, ümumiyyətlə, dünya ictimaiyyətinə ciddi mesajlar verdi. Yüksək tribunlaradan, xüsusilə də, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasətilə bağlı rəsmi çıxışların edilməsi olduqca vacibdir və böyük əhəmiyyətə malikdir. ATƏT-in Minsk Qrupunun üzvü kimi Almaniya Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinə görə məsuliyyət daşıyır. Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, torpaqlarımızın işğal olunduğunu bəyan edib. Cənab prezident Almaniyada bir sıra məsələlərlə bağlı mövqeyini ortaya qoydu. Bütün bunlar onu göstərir ki, Azərbaycan xarici siyasətində müstəqildir". R.Qonaqov hesab edir ki, Prezident İlham Əliyevin Merkellə görüşü bəzi anlaşılmazlıqlara aydınlıq gətirdi: "Ümumilikdə, bu görüş Azərbaycan - Almaniya münasibətlərinin yaxşılaşmasına xidmət edən səfərlərdən biri kimi tarixə düşdü. Bir müddət öncə işğalçı Ermənistanın başçısı Serj Sarkisyan Berlində Merkellə görüşmüşdü, orada bir sıra yalanlar danışmışdı. Prezident İlham Əliyevin Almaniya səfərində Sarkisyanın yalanlarını ifşa edildi. Hazırda Almaniya ATƏT-ə sədrlik edir. Bu ölkə Minsk Qrupunun fəaliyyətini aktivləşdirmək üçün konkret addımlar ata bilər. Brifinqdə Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin açarının Rusiyanın əlində olduğunu dedi. Amma bu, o demək deyil ki, Avropa ölkələri proseslərə seyrici yanaşmalıdırlar. Ukrayna və Gürcüstana göstərilən diqqət Azərbaycan üçün də sərgilənməlidir". Politoloq bildirdi ki, Almaniya Minsk Qrupunun fəaliyyətini dəstəkləməklə kifayətlənməməlidir, eyni zamanda proseslərdə aktiv iştirak etməlidir: "Səfər zamanı diqqətimi çəkən məqamlardan biri də iki ölkə arasında iqtisadi əməkdaşlığın yüksələn xətt üzrə artması üçün potensialın olmasıdır: "Merkel brifinqdə bildirdi ki, alman fondları yenidən Azərbaycanda işləyəcəyinə ümid edir. Düşünürəm ki, alman investorları üçün Azərbaycanda cəlbedici mühit var. Biz yaxın gələcəkdə prezidentin Almaniya səfərinin əhəmiyyətli nəticələrinin şahidi olacağıq”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM