Strategiya.az bildirir ki, ANS PRESS-in məlumatına görə, konfransda Natenyahunun tərcüməçiliyini edən İsrailin miqrasiya naziri Zeev Elkin baş nazirə ünvanlanan suallardan birini tərcümə etməyə tənbəllik edib.
Hərəkətini isə verilən sualın İsrailin daxili işi olması ilə əlaqələndirib. "Bu rusiyalılar üçün maraqlı olmaz" - deyib. Rusiya prezidenti isə öz növbəsində tərcüməçinin fikri ilə razılaşmadığını bildirib.
"Bizə də maraqlıdır. Çox təəssüf ki, bizdə çoz az insan ibri dilində bilir. Mən ümid edirəm ki, İsraildə yaşayan yarım milyon rus qayıdanda onların sayı çoxalacaq"- deyə Rusiya prezidenti zarafat edib.