Strategiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əsgərbəyli kənd sakini Qaraş Qarayevin yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu, zirzəmiyə baxış zamanı isə 6 kiloqram 800 qram marixuana, müvafiq sənədləri olmayan "Simson" markalı ov tüfəngi və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.
Q.Qarayev tutulub.