Milli Kitabxanada “Baladadaşın toy hamamı”

16:10 / 09.06.2016

 

Azərbaycan Dövlət Musiqili Teatrının bir qrup yaradıcı heyəti ilə Azərbaycan Milli Kitabxanasında görüş keçirilib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Strategiya.az-a bildirib ki, Xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasının yaradıcı heyəti Milli Kitabxananın kollektivinin qonağı olub. Əvvəlcə Milli Kitabxananın direktoru Kərim Tahirov görüşün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Musiqili Teatr və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirildiyini qeyd edib. Sonra söz Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə verilib. “Bu yaxınlarda Sizin kollektiv teatrımızın hazırladığı ən uğurlu tamaşalardan biri olan “Baladadaşın toy hamamı” tamaşasını izlədi. Bu gün isə biz tamaşa haqqında fikirlərinizi öyrənmək üçün sizə qonaq gəlmişik. Düşünürəm ki, bu yöndə əlaqələrimizi daha da inkişaf etdirməliyik. Teatrın yaradıcı heyəti ilə tamaşaçılar arasında keçirilən hər bir görüş yalnız ümumi işin xeyrinə ola bilər. Ən böyük tənqidçi tamaşaçıdır. Biz sizin fikirlərinizi, təkliflərinizi dinləməyə hazırıq. Əminəm ki, bu görüş bizim yaradıcı heyətə də əlavə stimul verəcək. Bu baxımdan çox istərdim ki, bu qəbildən olan görüşlər tez-tez keçirilsin və bir ənənə halını alsın”, - deyə Əliqismət Lalayev bildirib. Sonra isə Ə. Lalayev görüşdə iştirak edən yaradıcı heyəti - quruluşçu-rejissor, Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovanı, bəstəkar Firudin Allahverdini, Xalq artisti Fatma Mahmudovanı (Zibeydə), Əməkdar artistlər Nahidə Orucovanı (Şəfiqə), Səidə Şərifəliyevanı (Sevil), aktyorlar Əmrah Dadaşovu (Baladadaş), Mehriban Zalıyevanı (Bikə), Ülviyyə Əliyevanı (Anaxanım), Nigar Qarayevanı (Suğra), Truppa müdiri, Əməkdar mədəniyyət işçisi Vidadi Məmmədovu, teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızını, Ədəbi hissənin əməkdaşı Vəfa Mühacirovanı görüş iştirakçılarına təqdim edib.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları Mehriban Cəfərova, Məlahət Talıbova, Gülər Hüseynova, Fəridə Hacıyeva və başqaları “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyası ilə bağlı təəssüratlarını bölüşüblər. Tamaşadan böyük zövq aldıqlarını bildirərək yaradıcı heyətə müxtəlif suallarla müraciət ediblər.

Səmimi keçən tədbirin sonunda Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev Azərbaycan Milli Kitabxanasının əməkdaşlarını 24 iyun tarixində saat 19.00-da dahi bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazılanan “999-cu gecə” musiqili nağıl-tamaşasının premyerasına dəvət edib.

Qeyd edək ki, “Baladadaşın toy hamamı” tamaşasının quruluşçu-rejissoru, Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənən manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, aktyorlar Məhərrəm Qurbanov, Əmrah Dadaşov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Nadir Xasıyev, Mehriban Zalıyeva, Gülcahan Salamova, Ağaxan Şərifov, Fərid Rzayev, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Elçin İmanov, Nigar Qarayeva, Gülnarə Abdullayeva, Elxan İsmayılov, Elnarə Nağdəliyeva, Şaban Cəfərov, Gülnarə Əzizova, Rahib Məmmədzadə və başqaları ifa edirlər. Əsər növbəti dəfə iyunun 11-də saat 19.00-da nümayiş olunacaq. 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM