AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, yayın Azərbaycana gəlişi iyunun 21-i Bakı vaxtı ilə saat 02:34-də olacaq. Payızın Azərbaycana gəlişi sentyabr 22-si Bakı vaxtı ilə 18:21, qışın gəlişi isə dekabrın 21-i saat 14:44-ə təsadüf edəcək. Yaz fəsli bu il martın 20-də Bakı vaxtı ilə saat 08:30-da Azərbaycana daxil olub.
Məlumatda bildirilir ki, təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun).
Strategiya.az