Strategiya.az xəbər verir ki, APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ərəb mətbuatı məlumat yayıb.
“Al Sumaria” telekanalı bildirib ki, beynəlxalq koalisiya qüvvələri İŞİD-in İraq-Suriya sərhədində yerləşən qərargahına aviazərbələr endirib.
“Əldə edilən məlumatlara görə, qərargahda olan əl-Bağdadi və bəzi İŞİD komandirləri yaralanıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, əvvəllər də İŞİD liderinin yaralanması və ölməsi ilə bağlı xəbərlər yayılmış, lakin bu xəbərlər təsdiqini tapmamışdı.
Xatırladaq ki, Əbu Bəkr əl-Bağdadi İŞİD-ə 2014-cü ilin iyunundan rəhbərlik edir.