Baharın səksən anı

15:29 / 10.06.2016

 

Fərman İsmayılov Qərblə Şərqin arasında fəlsəfi körpü salaraq oradan qərbli qiyafəsində müdrik şərqlisayağı addımlayır 

Deyirlər ki, ikini ikiyə vuranda cavabda dörd alınırsa, bu, riyaziyyatdır. İki dəfə iki beşə bərabər olarsa, bu, ədəbiyyatdır. Əgər həmin vurma əməlinin cavabı daha böyük rəqəmə bərabər olarsa, deməli, bu, həyatdır. Həyatın yaranışı, insanın varlığı, duyğuları, fikir və düşüncələri tarix boyu dərkedilməzdən dərkedilənə doğru müəyyən məsafə qət edib. Bu məsafəni uzaqgörənliklə anlamaq, başa düşmək üçünsə elm yaranıb və bu elmə fəlsəfə adını veriblər. Bu adın mənası ilə  ilk tanışlığımı belə xatırlayıram. 
 
    1988-ci ilin sentyabr ayı idi. Azərbaycanın ilk və ən qədim ali məktəbinin - BDU-nun filologiya fakültəsinin II kursunda oxuyurdum. Üçüncü semestrdən bizə fəlsəfə fənni tədris olunacaqdı. Adı belə qorxu və təşviş yaradan bu elmin əsaslarının, mahiyyətnin dərki prosesi biz tələbələr üçün ağlasığmaz görünürdü. Biz dili və ədəbiyyatı sevirdik, tarixi xoşlayırdıq, pedaqogikanı öyrənməli idik, fəlsəfəni isə... Qəti şəkildə əmin idik. Bu semestr əlaçı ola bilməyəcəyik. Fəlsəfə  və onu tədris edən filosof  buna  imkan verməyəcək...
 
      Bir neçə gün  keçmişdi. Düşüncələrimizdə yanılmış olduğumuzu etiraf edirdik.  Fəlsəfə asan deyildi, ancaq filosof  öz  fənnini gözəl bilir və bu  elmi xüsusi məharətlə - səlis nitq, gözəl pafoslu danışıq tərzi, elmi dəlillər, anlaşıqlı ifadələrlə izah edir, gözümüz önündə hikmət dənizinin sonsuzluğunu, ənginlik və əsrarəngizliyini alimlərin heç də hamısına xas olmayan bir tərzdə aydınlaşdırır, şərh edir, başa salırdı.
 
      İlk cümlələr  xüsusi əhəmiyyətə malik idi: "Fəlsəfə” sözü yunanca "filosofiya” sözündən olub, orta əsr Şərq alimlərinin ərəb dilinə uyğun şəkildə tələffüzü nəticəsində yaranıb. ”Filo” sevmək,”sofiya” hikmət mənalarını  ifadə edir, hikməti sevirəm mənasını verir. İlkin fəlsəfi görüşlər Şərq dünyasına məxsus olduğu halda, sistemli bir elm kimi fəlsəfə ilk dəfə Yunanıstanda öyrənilmişdir. Bu sözü termin kimi ilk dəfə Pifaqor işlətmiş, özünü "filosof” adlandıraraq: "Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm”,- demişdir. Fəlsəfəni elm kimi ilk dəfə Platon fərqləndirmişdir. Və beləliklə, Fərman İsmayılovun mühazirələri biz tələbələrin dünya fəlsəfə elmi ilə ilk tanışlığına vəsilə oldu.
 
   Bir neçə gün əvvəl çox hörmətli müəllimimlə - professor Fərman İsmayılovla görüşdüm. Fərman müəllim ilk dəfə 28 il əvvəl gördüyüm həmin insan idi. Şux qaməti, səliqəli qiyafəti, nəcib gülüşü, məsum və qətiyyətli görkəmi, aristokrat rəftarı,  fitri mədəniyyəti və  çox yüksək nəzakəti ilə 80 yaşın müdrikliyini və həmişəcavan, sağlam ruhun vəhdətini özündə cəmləşdirən əsl müəllim, əsl ziyalı, əsl şəxsiyyət idi mənim müəllimim. Uzaq keçmişdən yaxın gələcəyə uzanan xatirələrin təsiri ilə bu gözəl insandan məsləhət almalı idim. Haqqında məruzə edəcəyimi dedim. Mən nə etməli olduğumu artıq bilirdim. Amma Fərman müəllim Rəsul Rzadan iki misra söylədi və hər şey mənə aydın oldu. Bu, Fərman müəllim sayağı xoş və mədəni xəbərdarlıq idi. Bədii və obrazlı təfəkkürümün ardına düşüb gedə bilməzdim, yalnız elmi və lakonik cümlələrlə, tərifdən uzaq, konkret və yığcam danışmalı, pərəstiş etdiyim müəllimim haqqında mübaliğələrdən qaçmalı idim.
 
Əziz filosof, poeziyanı, şeiriyyəti məndən az bilmirsiniz. Yaxşını demək, yaxşılığı, xeyirxahlığı təbliğ etmək lazımdır. Məsələyə Füzuliyanə yanaşsaq, ifratdan və təfritdən qaçacağam. Əli Kərimin təbirincə, pisə yaxşı, yaxşıya pis də deməyəcəyəm. Yalnız öz gördüyümü, hiss etdiyim və şahidi olduğumu danışacağam. Elə ona görə də professor Fərman İsmayılovun elmi tərcümeyi-halı ilə oxucularımı tanış etmək istəyirəm:
 
   Fərman İsmayılov 1936-cı ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur.  Orta təhsilini Baş Göynük kəndindəki Gülarə Göylüqızı adına məktəbdə almışdır.1956-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə qəbul olmuş, 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə ikən nümunəvi davranışına və təhsildə qazandığı uğurlara görə həm Lenin, həm də Stalin təqaüdçüsü olmuşdur. Ali məktəbi bitirdikdən sonra Elmi Şuranın qərarı ilə "İngilis dilinin qrammatikası" kafedrasmda müəllim saxlanılmış, 1962-1966-cı illərdə həmin kafedrada müəllim, baş müəllim işləmişdir. 1965-ci ildə EA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına qəbul olunmuşdur. Təhsilini Tbilisi və Moskva şəhərlərində davam etdirmişdir. Gürcüstan Elmlər Akademiyası Fəlsəfə İnsitutunun şöbə müdiri məşhur filosof A.F.Beqiaşvilinin rəhbərliyi altında müasir Qərb fəlsəfəsi üzrə ixtisaslanmışdır. Moskvada təhsil alarkən filosof Narskinin tələbəsi olmuşdur. Fərman İsmayılov 1970-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasında müasir Qərb fəlsəfəsi üzrə "Fəlsəfə və ali dil " (Linqvistik analiz fəlsəfəsinin metodoloji prinsiplərinin tənqidi)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin dissertasiya Azərbaycanda XX əsr Qərb fəlsəfəsi tarixinə həsr edilmiş ilk elmi  əsərdir. Fəlsəfənin müasir dünya elminə bəxş etdiyi yeniliklər, mülahizələr gənc alimə bu tədqiqatı davamlı olaraq araşdırmaq üçün stimul verirdi. Digər tərəfdən, ingilis və rus dillərini mükəmməl bilməsi dünya fəlsəfə elmini araşdırmaq, tədqiq və təhlil etmək üçün  onun qarşısında yeni səhifələr açırdı.1972-ci ildə isə artıq "İdrak nəzəriyyəsi və linqvistik analiz" mövzusunda doktorluq dissertasiyası Tbilisi Dövlət Universitetinin Elmi Şurasında təsdiq edilmişdir. Ancaq müəllim hər gün yeni-yeni qənaətləri və düşüncələri ilə bu mövzunu daha mükəmməl, anlaşıqlı və elmi şəkildə yenidən işləyir, tədqiq edirdi.
 
    1970-75 illərdə Fərman İsmayılov Axundov adına APDİ-nin partiya komitəsinə sədrlik etmiş, eyni zamanda fəlsəfə kafedrasının dosenti kimi fəaliyyət göstərmişdir. Fərman İsmayılov iki dəfə Nəsimi rayon Sovetinin deputatı seçilmişdir.1974-1976-cı illərdə baş elmi işçi kimi Moskvaya ezam edilmişdir.
    1977-ci ildən Fərman İsmayılov elmi və pedaqoji fəaliyyətini BDU-da davam etdirməyə başlamışdır. 1977-1991-ci illərdə BDU-nun fəlsəfə kafedrasının dosenti vəzifəsində çalışmış, minllərlə tələbəyə fəlsəfə elminin əsaslarını öyrətmişdir.
 
    1991-ci ildə BDU-nun Şəki filialına direktor təyin edilmişdir. BDU-nun Şəki filialı yarandığı gündən Fərman İsmayılov onun direktoru və eyni zamanda humanitar elmlər kafedrasının müdiri olmuşdur.
 
    1996-cı ilin iyununda Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun nəzdindəki (D.004.06.01) İxtisaslaşdırılmış Elmi Şura Fərman İsmayılova dissertasiya müdafiə etmədən fəlsəfə elmləri doktoru alimlik dərəcəsi verilməsi haqqında yekdilliklə qərar qəbul etmişdir. Bu, Azərbaycan  elmi tarixində baş verən ikinci böyük hadisə idi. Keçən əsrin 30-ci illərində yalnız filosof Heydər Hüseynova göstərilən bu etimad təxminən 60 il sonra filosof Fərman İsmayılova müyəssər olmuşdur.  Bu qərar da Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmişdir.
 
"İdrak nəzəriyyəsi və linqvistik analiz" adlı qiymətli  kitab Müdafiə Şurasının qərarından sonra  çapdan çıxmışdır. Bir faktı xüsusilə qeyd etmək istəyirəm ki, Fərman  İsmayılova doktorluq elmi dərəcəsi dissertasiyaya görə yox, həmin əsərlərin əsasında dayanan konsepsiyaya görə verilmişdir. 
 
1997-ci ilin mayında o,  BDU-nun böyük Elmi Şurasında, habelə filialın nəzdində fəaliyyət göstərən namizədlik müdafıəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın üzvü, fılialın Elmi Şurasının sədri olmuşdur. 1997-ci ildən BDU-nun professorudur.
 
     Fərman İsmayılov Azərbaycanda Qərb fəlsəfəsi üzrə ilk mütəxəssis, müasir Qərb fəlsəfəsi üzrə ilk elmlər doktorudur.
 
   Professor 1999-cu ildə İstanbul Universitetində üç aylıq yaradıcılıq məzuniyyətində olmuşdur. 
 
2012-ci ildə filosof humanitar elmlər üzrə "İlin alimi” elan olunmuşdur.
 
Professor 20-dən çox iri həcmli monoqrafiyanın, çoxlu sayda elmi məqalələrin müəllifidir. ”Müasir pozitivizm”, "Antikommunizm və insan problem”, ”Müasir burjua fəlsəfəsinin böhranı (Neopozitivizm və Ekzistensializm) , ”XX əsr fəlsəfəsinə dair oçerklər”, "Ziqmund Freyd”,  "İnsan və dünya”, "İdrak nəzəriyyəsi və linqvistik analiz”, "XX əsr Qərb fəlsəfəsi tarixi (II cilddə) "Dilin metafizikası”, "Klassik psixoanalizin əsasları”, "Rene Dekart”,”Müqəddəs od, yaxud fəlsəfənin fəlsəfəsi” və s. əsərlərin müəllifidir.  Həmin əsərlərin ana xəttini bütün dövrlərin fəlsəfəsi təfəkkürünün məhək daşı hesab olunan metodologiya təşkil edir.  
Müəllif hər şeydən əvvəl Azərbaycan oxucusunu Qərb fəlsəfəsinin əsas cərəyanları ilə tanış edir; burada neopozitivizm, ekzistensializm, neotomizm, linqvistik analiz kimi fəlsəfi təlimlərin tənqidi şərhi verilir. Bu əsərlərdə ağlasığanlıq və ağlasığmazlıq, mənalılıq və mənasızlıq problemi əsas aparıcı mövqe tutur. Murun, Rasselin, Vitqeynşteynin, Raylın, Vizdomun, Haydeqqerin, Yaspersin, Sartrın, neotomistlərin baxışları ilə oxucuları tanış edir. Fərman İsmayılov  müasir Qərb fəlsəfi fikrinin fəlsəfədən ədəbiyyata, riyaziyyatdan incəsənətə, linqvistikadan təbiətşünaslığa qədər bütün sahələrini  əhatə edən dərki mürəkkəb "izm”ləri—neopozitivizmi, nihilizmi, praqmatizmi, empriokritisizmi, personalizmi, eksistensializmi  Azərbaycan ziyalısına, aliminə, tələbəsinə, vətəndaşına izah edir, təhlil edir, elmi araşdırmalar aparır. 
 
Fərman İsmayılovun əsərləri ABŞ-da, İngiltərədə, İranda da nəşr edilmişdir. O, uzun illərdir İranda  nəşr olunan "Fəlsəfə və Psixologiya” jurnalının redaksiya heyətinin üzvüdür.
 
    Təhsil və elmi fəaliyyətindəki uğurlarına görə o, dəfələrlə Təhsil Nazirliyinin, BDU-nun "Fəxri Fərman”ları, ”Ali məktəb əlaçısı" döş nişanı ilə təltif olunmuşdur. Fərman İsmayılov APDİA-da fəaliyyət göstərən doktorluq dissertasiyası üzrə Müdafiə Şurasının üzvüdür.
 
     Ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasında onun əməyi böyükdür. AMEA-nın fəlsəfə tarixi şöbəsinin və eləcə də humanitar elmlər üzrə fəlsəfə kafedrasının magistr, aspirant, doktorant və dissertantlarına, o cümlədən xarici ölkə vətəndaşlarına elmi rəhbərlik edir və etməkdədir.
 
     Fərman müəllim yalnız görkəmli filosof, pofessor deyil, o, həm də dilçi və linqvistdir, natiqdir. Qərb filosoflarının elmi tədqiqatlarını onların öz dillərində orijinaldan oxuyaraq tədqiq edir. O, dilçi-filosof, ədabiyyatıçı-alim, müəllim-natiq, rəhbər və işçidir. Auditoriyada akademik natiqliyin bütün prinsiplərinə əməl edən bu insan yüksək zəka sahibi, ustad-müəllim, pedaqoq-alimdir. Düzgün, dəqiq və gözəl nitqə malikdir, auditoriyanın səviyyəsini nəzərə almaq, nitqini bu ampluada qurmaq işində peşəkardır. Nitqin intonasiyası və ritmi,  jest və mimikaların ölçülü  şəkildə istifadəsi, mövzunun mahiyyəti və mətləbin izahında təfərrüatdan, yersiz uzunçuluqdan istifadə onun nitqinə yaddır. Mükəmməlliyi ilə sadə, səmimiliyi ilə bənzərsizdir. İndiki yaşında belə ruhən çox-çox gəncdir. İstənilən məsələdə insana təmkin, anlayış və nəzakət göstərə bilir. Ömər Xəyyamdan Höteyə qədər Şərq-Qərb fəlsəfi poeziyasını mükəmməl bilir. Qərblə Şərqin arasında fəlsəfi körpü salaraq oradan qərbli qiyafəsində müdrik şərqlisayağı addımlayır. 
 
Yolunuz açıq olsun, gözəl müəllim və əziz insan. Sizə sağlam ömür, yeni yaradıcılıq uğurları arzu edirik.
 
İlahə Süleymanova
Azərbaycan  Dövlət  Pedaqoji Universiteti  
Şəki filialının baş müəllimi

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM