Strategiya.az xəbər verir ki, Trend-in "The Independent" onlayn-qəzetinə istinadən məlumatına görə, ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində keçirilən mərasim üçün 14 min pulsuz bilet çap edilib.
Ötən gün "KFC Yum Center"də baş tutan tədbir üçün isə əlavə 15 min bilet hazırlanıb. M.Əli pərəstişkarları bilet almaq üçün gecədən növbəyə durublar. Yarım saat ərzində bitən biletlər az sonra "qara bazar"da satışa çıxarılıb.
Boksçunun ailəsi adından açıqlama verən Bob Qannel bu hadisədən utandıqlarını dilə gətirib: "Məhəmməd Əlinin dəfn mərasimindən gəlir əldə etmək istəyənlərdən iyrənirəm. Bu vəziyyət qarşısında aciz qalmışam".
"New York Daily News" isə xəbər verir ki, internet üzərindən satılan biletlərin qiyməti təxminən 100 dollardır.