300 CƏSUR LİTVALI

09:28 / 29.03.2014

Əsatirlər təkcə tarixi maraqlı etmək və ya bir xalqın digərindən üstünlüyünü ortaya qoymaq üçün yaradılmır,həmçinin fərdlərin həyata baxışını və mənəvi dünyasını təsirləndirməklə ölümsüzlük qazanır,daimi təkrar olunmaq imkanı əldə edir. Budur,Baltikyanı ölkələrdən birinin sakinləri son dövr dünya siyasətinin baş mövzusuna və ağrısına çevrilmiş Rus təhlükəsinə qarşı birləşməyin yeni formasını tapıblar və onlara bu yolda qədim yunanlar köməyə gəlib.

Eramızdan əvvəl 480-ci ildə qüdrətli fars imperiyasının kiçik Ellada torpaqlarını ələ keçirməsinə qarşı birləşən spartalılar göstərdkiləri şücaətə görə ölümsüzlük qazandılar.Herodot yazır ki,farsların işğalçı ordusunun sayı ələ keçirdikləri ölkələrdəki əhalidən formalaşdırdıqları qüvvə ilə birlikdə 1 milyon 700 min nəfərdən çox idi.Afina üzərinə göndərilən kiçik bir dəstəyə-30 minlik orduya isə qan gölündə özünü rahat hiss edən qorxunc Ksreks başçılıq edirdi.Allahları və Olimpiya oyunları zamanı vuruşmağı qadağan etmələri ilə məşhur olan bir xalqdan qeyri-bərabər savaşa atılmaq tələb olunurdu.O zaman çar Leonid irəliyə çıxdı və “qalib gəlmək üçün minlər də kömək etməyəcək,lakin olmək üçün elə 300 nəfər də kifayət edər” deyərək, Kserksin təslimçilik təklifini rədd etdi.”Gəl və götür” kəlamı da beləcə yarandı.

Bəli onlar ölüm eskadronu idi,bunu knüllü seçmişdilər və meydanda cəsədləri qaldı.Lakin təkcə cəsədlərimi?!

Düzdür,300 məğrur spartalıdan yalnız bir nəfər sağ çıxmışdı ki,onu da yunan cəmiyyətində hökm sürən sərt ictimai baxışlar sistemi əzib məhv etdi.Təkcə Aristod-qorxaq ləqəbi ilə həyatdan getməyə məhkum edilən fərarini deyil,eyni zamanda kürəyindən yaralanan döyüşçüləri qəbul etməkdən imtina edən Sparta əhli eləcə də zəif və xəstə doğulan körpələri sıradan çıxarmaqla güclü hərbi məfkurə əsasında yaşamağa üstünlük veridiyini nümayiş etdirirdi.

Döyüşü igidlikə qəbul etmiş əskərlərin və sərkərdə Leonidin ölümündən sonra başının kəsilməsi belə onların mislisiz şücaətini əbədiləşdirməyin qarşısını ala bilmədi.Elə o vaxtlar yunanlar həmin yerdə qətlə yetilrimiş spartalıların şərəfinə boş sarkofaqlar-tabutlar qoyaraq,üstünə çar Leonidin daş statuasını yerləşdirdilər və onların azadlığı üçün özünü qurban vermiş Rəhbərin adının yunan dilində aslan mənası veridiyini nəzərə alıb belə yazdılar:”Heyvanlar içərisində ən güclüsü mənəm,lakin insanların ən qüvvətlisi o şəxsdir ki,mən onu bu daş qəbirdən çəkindirə bilirəm”!

Əlbəttə,tarix son dərəcə qəddardır və çox keçmədi ki,cəsədi torpağa qarışan məğrur döyüşçüləri unutdular və yalnız üstündən 21 əsr keçəndən sonra Fransanın imperiya iddiasını gerçəkləşdirməyə çalışan böyük Napoleon Bonapart zəif bir xalqdan rəşadət və vətənpərvər dünya döyüşçüsü yaratmaq üçün qədim yunanları yada salmağa başladı.O çox ustalıqla hər yeni əməliyyat zamanı ən qorxaq əskəri belə içindəki xofu və mütiliyi boğmaq üçün çar Leonidin bəlağətli nitqinə əl atır,keçmiş ruhları öz maraqları yolunda uğurla istismar edirdi.

20-ci əsrdə faşist rejimləri də tarixi miflərdən fayda götürməyin gərəkliliyini dərk etdlilər.Mussolini İtaliyasında və Hitler Almaniyasında zəkaları fəth etməyin və təbliğat müharibələrinin ön cəbhəsində yunan miflərinin gücündən gen-bol istifadə olunurdu.

Budur,”üçüncü Roma Moskvadır,dördüncüsü yoxdur” ideologeması altında Avropaya yürüş edən Putinin qarşısını kəsmək istəyən 300 litvalı Amerika prezidentinə xüsusi petisiya ilə müraciət ediblər.Onlar spartalılar kimi döyüşə hazırdılar,lakin əvvəlcə ingilis qardaşlarından və Barak Obamadan xahiş edirlər ki,qorxu altında öz çar rəhbəri Putinə müqavimət göstərə bilməyən rusların Baltikyanı əraziləri ələ keçirməsinə mane olmaq üçün Ağ Ev bu regonda nüvə başlıqlı raketlərini yerləşdirsin və üstəlik,Klaypedoya Hava Hücumundan Müdafiə sistemlərini gətirməyə tələssin.

Axı hətta senator və “qırğılar”ın lideri Makkeyn də Rusiyanın növbəti həmləsinin Moldova və keçmiş sovet əraziləri olacağını bəyan etmişdi.Onun bu iddiasını real təhlükə olaraq qəbul edən üç Batikyanı dövlətin başçısı Cozef Baydenlə Varşavada görüşüb Amerikanın bu regonda hərbi içtirak səviyyəsini artırmasını xahiş etmiş və nəticədə 10-na qədər qırıcı F-16 təyyarələrinin bu məkanda yerləşməsinə nail olmuşdular.
Axi rusların kütləvi ölümsaçan İskəndər raketləri cəmi bir neçə kilometr məsafədə-Kalininqradda keçmiş sovet xaqlarının başı üzərində qara buludlar kimi asılmışdır.

300 litvalı “hər gün qorxu içində yaşayan” övladlarının taleyindən narahatdılar.Onlar üçün nüvə silahı ilə rusların qabağını almaq spartalılar kimi döyüşməkdən daha əzizdir.Kim burada o suala cavab axtarır ki,Qərb qoşunları azadlıq gətirir,yoxsa rus ordusu?Əsas odur ki,kim olur-olsun bircə 1991-ci ildə Vilnüsə girmiş və qanlı facilər törətmiş keçmiş sovet hərbi birləşmələri olmasın.Çox acı mənzərədir,deyilmi?

Son 5 min ildə cəmi 15 il müharibəsiz,dinc şəraitdə keçib və sülh olub.Qalan bütün zamanlarda xaqlar bir-biri üzərində qanlı əməliyyatlar aparıblar.Kimin və nəyin uğrunda,bu ayrı mövzudur.Lakin indi ruslara qarşı birləşən 300 spartalı-litvalının hər biri yaxşı bilir ki,onların liderləri də,müraciət etdikləri Qərb də müqəddəs döyüş aparmır və bu mübarizədə həyatını itirməyə dəyməz!Ancaq spartalıları mifə və əfsanəyə çevirən igidliyin əsil adı köləliyə “yox” deyən bir xalqın azadlıqsevərliyi idi.Çar öldü və daha O Leonid yoxdur!

Milli Məclisin deputatı,
Zahid Oruc

 



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM