Strategiya.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, ilk olaraq A qrupunda Albaniya – İsveçrə matçı baş tutacaq.
Heyətində “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin də çıxış etdiyi Albaniya millisi qrupun ən zəif bəndi hesab olunsa da, debütant Fransaya heç də turist kimi yollanmadığını sübut etməyə çalışacaq. Əsas favoritin meydan sahibi Fransa olduğu qrupda Rumıniya ilə ikincilik mübarizəsi aparması gözlənilən İsveçrə isə ilk oyunu itkisiz keçərək üstünlüyü ələ keçirmək istəyir.
Günün digər iki oyununda isə B qrupunda mübarizə aparan komandalar qarşılaşacaqlar. Əvvəlcə Uelslə Slovakiya münasibətlərinə aydınlıq gətirəcəklər. Final mərhələsində iştirak edən 24 komanda arasında ortabablardan hesab olunan iki komandanın oyunu maraqla gözlənilir. Britaniyalıların heyətində Qaret Beylin, Slovakiyada isə Marek Hamşikin çıxışı nəticədə həlledici ola bilər. Əsasən ikinciliyi hədəfləyən komandalar bunun üçün biri digərini keçməli olacaq.
İkinci oyun gününün son görüşündə isə B qrupunun favoriti İngiltərə Rusiyanı sınağa çəkəcək. Roy Hocsonun yetirmələri iddiasını göstərmək üçün Şimal qonşularımızı xalsız qoymalıdır. Turnirin yaş ortalamasına görə ən gənc heyətinə malik olan ingilislər ilk turu itkisiz keçməyi hədəfləyir. Rusiya güclü rəqibi ilə başa-baş mübarizə aparmaq üçün var gücü ilə səy göstərməlidir.
Avropa çempionatı
Qrup mərhələsi
11 iyun
A qrupu
17:00. Albaniya – İsveçrə
Baş hakim: Karlos Velasko Karbalyo
Lans. “Bollerts-Delelis” stadionu
B qrupu
20:00. Uels – Slovakiya
Baş hakim: Sven Oddvar Moen
23:00. İngiltərə - Rusiya
Baş hakim: Nikola Ritsoli
Marsel. “Velodrom” stadionu