Cahangir Hacıyevin arvadı ölkədən qaçdı: banka ərinin pul qabı kimi baxırmış - Sənədlər

11:08 / 12.06.2016

Zamirə Hacıyevanın barəsində çıxarılmış məhkəmə qərarından məlum olur ki, o, Beynəlxalq Banka ərinin portmanatı kimi baxırmış və istədiyi vaxt istədiyi məbləğdə pulu bankdan çıxarıb xərcləyirmiş.

Z.Hacıyevaya qarşı Cinayət Məcəlləsinin 179.1.2 və 179.1.3 maddələri ilə ittiham irəli sürülüb.  Qərarda deyilir ki, Z.Hacıyeva əri Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankının rəhbəri olduğu dövrdə bankın “Mərkəz” filialının müdirləri olan (ayrı-ayrı vaxtlarda) Sultanov Anar Hüseyn oğlu və Ələkbərov Yusif Kamil oğlu, qeyd olunan filialın müdir müavini, daha sonra müdiri olmuş Abdullayev İlham İlqar oğlu, “Nəqliyyat” filialının müdiri Orucov Kənan Əzizağa oğlu, “Nərimanov” filialının müdiri Cahangirov Məmməd Niyaz oğlu, eləcə də onun yaxın dostu Cavadov Azad Həmid oğlu və digərləri ilə mütəşəkkil cinayətkar qruplaşma yaradıb. Qruplaşma Azərbaycan Beynəlxalq Bankının talanmasında iştirak edib.

Məhkəmə qərarına əsasən Cahangir Hacıyevin təşkilatçılığı və göstərişi ilə həmin qruplaşmanın üzvləri 2009-cu ilin yanvarından 2015-ci ilin iyununa qədər bankdan 10 ədəd plastik kartlar vasitəsilə milyonlarla manatı faizsiz kredit adı altında heç bir zəruri sənəd və girov təqdim etmədən çıxarıblar. C.Hacıyevin arvadı göstərilən müddət ərzində həmin plastik kartlarla Azərbaycan ərazisində və bir çox xarici ölkələrdə olan bankomatlardan Beynəlxalq Bankdan cəmi 13.5 milyon dollar, 2.8 milyon avro və 4 milyon manat (o vaxtkı məzənnə ilə cəmi 18 milyon manat) çıxarıb.

Bu pullar C.Hacıyevin arvadı və ailə üzvləri üçün təyyarə biletlərinin, qızıl-zinət əşyalarının alınmasına, təhsil haqlarının ödənilməsinə, Avropanın dəbdəbəli istirahət mərkəzlərində dincəlməyə, gözəllik salonlarında göstərilən xidmətlərə, restoranlara və digər şəxsi məqsədlərə xərclənib.

Bu faktlar bir daha göstərir ki, Cahangi Hacıyev və onun ailə üzvləri Beynəlxalq Banka dövlətə məxsus maliyyə təşkilatı kimi deyil, şəxsi pul kassaları kimi baxırmış. Lakin virtualaz.org qeyd edir ki, Zamirə Hacıyevanın bankdan mənimsədiyi pulların cəmi 18 milyon manat təşkil etməsi inandırıcı deyil, bu məbləğ daha yüksəkdir və görünür bankdan bilavasitə onu özü tərəfindən çıxarılan məbləğ 18 milyon manat təşkil edir. Bu, Zamirə Hacıyevanın xırda-para xərcləri, yəni gözəllik salonlarındakı prosedurlar, restoran və istirahət, səyahət xərcləridir.

*   *   *09:56

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ölkədən qaçıb.

Virtualaz.org xəbər verir ki, bu, Hacıyevanın barəsində həbs qəti-imkan tədbirinin seçilməsindən əvvəl baş verib. Bundan əvvəl saytlar Zamirə Hacıyevanın Beynəlxalq Bankın işi ilə bağlı saxlanıldığı haqda xəbərlər yaymışdı. Lakin Baş prokurorluq açıqlma ilə çıxış edərək məlumatı təkzib edib. Bununla belə məlum olub ki, Zamirə Hacıyeva həbs olunmasa da onun Beynəlxalq Bankın işi çərçivəsində istintaqa cəlb olunması doğrudur.

Müsavat partiyasına yaxın bastainfo.az saytının əldə etdiyi məlumata görə Cahangir Hacıyevin həyat yoldaşının barəsində həbs qətimkan tədbirini Bakının Nərimanov rayon məhkəməsi Baş prokurorun müavini Rüstəm Usubovun təqdimatı ilə çıxarıb. Zamirə Hacıyevə mütəşəkkil cinayətkar qruplaşmanın tərkibində 18 milyon manatlıq mənimsəmədə ittiham olunur.

Lakin Z.Hacıyeva barədə məhkəmə qərarından belə məlum olur ki, o, xeyli müddət əvvəl – 15 noyabr 2014-cü ldə London istiqamətində Bakını tərk edib və bu günə qədər geri qayıtmayıb. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub.

R.Usubovun imzaladığı həbs sanksiyasında Zamirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada – Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub. Ancaq göründüyü kimi Cahangir Hacıyevin həyat yoldaşı hələ Beynəlxalq Bankın işi üzrə həbslərin başlamasından əvvəl ölkəni tərk edib və onun saxlanılması mümkün olmayıb.

Strategiya.az

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM