Toy şənlikləri qanunla tənzimlənə bilərmi?

12:00 / 12.06.2016

Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsinin hazırlanması barədə təkliflər səsləndirilsə də, məsələ hələ də öz həllini tapmayıb. Təbii ki, bütün vətəndaşlar üçün qəbul edilən, daha doğrusu, bütün vətəndaşları məmnun salacaq qaydaların müəyyən edilməsi çox çətin, bəlkə də mümkünsüzdür.

Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə Trend-ə toy məclislərinin qanunla tənzimlənməsinin tərəfdarı olmadığını bildirib: "Toy şənliklərinin qanunla tənzimlənməsinin tərəfdarı deyiləm, bu, insanların arzusudur. Amma deyim ki, toy məclislərində ifratçılıq da var. Bir çoxları banklardan kredit götürür və düşünür ki, toya gələnlər bu xərci ödəyəcək. Sonra pulu yığa bilmir və uzun müddət kredit ödəmək məcburiyyətində qalır. Toy sahibi bunları əvvəlcədən düşünməlidir. Toy sahibi düşünməməlidir ki, "kim mənə nə gətirə bilər?" Hər kəs gücü çatan toyu etməlidir, kredit hesabına yox. Yenə deyirəm, toya qayda-qanun qoymaq olmaz, bu baxır insanın öz ağlına".

Toylarda musiqi səsinin həddən artıq yüksək olmasına toxunan A.Əlizadə bunu müğənnilərin və musiqiçilərin istedadlı olmaması ilə əlaqələndirib: "Toylarda həddən artıq səs ona görədir ki, bir çox müğənnilərin, musiqiçilərin istedadı yoxdur. Səs nə qədər güclü olursa, müğənninin, musiqiçinin qeyri-peşəkarlığı bir o qədər az hiss olunur. Ona görə də bu məsələlərə toy sahibi özü nəzarət etməlidir. Eyni zamanda toya gələn müğənnilərin və musiqiçilərin aldıqları qonorar həddən artıq çoxdur. Bu, toya gedən bəzi müğənnilərimizin telekanallarda bir-biri ilə bəhsə girməyinə gətirib çıxarır: "Mənim evim bu cürdür, sənin maşının bu cürdür" və s."

Məsələyə münasibət bildirən Türkiyənin Üsküdar Universitetinin Sosiologiya fakültəsinin rəhbəri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı isə toy məclislərinin qanunla tənzimlənməsinin zəruri olduğunu hesab edir.

Ə.Süleymanlı Trend-ə bildirib ki, son dövrlər heç kimə sirr deyil ki, Azərbaycanda toy məclisləri əhalini maddi cəhətdən ciddi problemlərlə üz-üzə qoyur: "Hətta iş o səviyyəyə gəlib çatıb ki, əvvəllər xalq arasında "el şənliyi" kimi bilinən bu məclislər şənlik havasından çıxaraq sözün həqiqi mənasında əzab-əziyyətə çevrilib. Bu vəziyyətə ən çox şadlıq evlərindəki qiymətlər səbəb olur. Bu qiymətlərə görə həm məclis sahibi, həm də qonaqlar maddi çətinliklərlə üzləşirlər. Buna görə də əvvəllər toydan əldə olunan gəlirlə yeni cütlüklərin cehiz, avtomobil, hətta mənzil kimi ehtiyaclarının qarşılanması mümkün olurdusa, indi yalnız restoran və müğənni xərclərini ödəmək mümkün olur. Daha əvvəl ölkə əhalisi arasında bu mövzuda apardığımız sosioloji aradırmanın nəticələrinə görə də respondentlərin əhəmiyyətli hissəsi toyların onlara həm maddi, həm də mənəvi cəhətdən sıxıntı verdiyini qeyd edib və toyların sadələşdirilməsini təklif ediblər. Lakin bütün bu tənqidlərə, təhlillərə və bu sahədə aparılan tədqiqatlara baxmayaraqƏ, toyların sadələşdirilməsi və həqiqi mənada hamının zövq alacağı bir el şənliyi ab-havasında keçirilməsi istiqamətində heç bir dəyişiklik olmadığı görülür. Yenə də əhalinin böyük hissəsi üçün toylar ailə büdcəsini sarsıdan əsas xərclərdən biri olmaqda qalır".

Sosioloq vurğulayıb ki, son dövrlər əhalinin gəlirlərinin azalması bu məsələyə daha ciddi üsullarla yanaşmanı və qanunla tənzimlənməni zəruri edir: "Bu mənada Tacikistanın toylarla bağlı qəbul etdiyi qanun və bu qanunun tətbiq olunmasından əldə etdiyi nəticələr nümunə ola bilər. Belə ki, məlumatlara görə, Tacikistanda "Ənənələr, şənliklər və mərasimlərin tənzimlənməsi haqqında" qanunun qəbul edilməsindən sonra bu sahədə müsbət dəyişikliklər qeydə alınıb. Qanuna əsasən, toyda, yasda və digər mərasimlərdə qonaqların sayına limit təyin edilib. Bizdə də oxşar praktikadan istifadə etməklə müsbət dəyişikliklər əldə etmək olar. Təəssüf ki, bəzi hallarda hətta adət-ənənəni qanunla tənzimləmək zərurəti meydana çıxır".

 

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM