Səfir bildirib: "İqtisadiyyatın diversifikasiyası məqsədilə Azərbaycan turizm infrastrukturunun inkişaf etdirilməsini qarşısına vəzifə olaraq qoyub. Belə tədbirlər isə il boyu turistləri cəlb edəcək infrastruktur və xidmətlərin inkişafına yardım edir".
R.Sekutanın sözlərinə görə, Azərbaycan mədəniyyəti və tarixi zəngin bir ölkə olaraq turistlərə təkcə Bakıda deyil, regionlarda da çox şey təklif edə bilər.
"Formula-1" Avropa Qran-pri yarışları Bakıda iyunun 17-19-da keçiriləcək.