Diktatorlar nə yeyirdilər? - AĞILASIĞMAZ MENYU

15:21 / 15.06.2016

Tanınmış araşdırmaçılar Viktoriya Klark və Melissa Skott dünya tarixinə damğa vuran diktatorların qidalanma rejimlərini araşdırıb. Onların ərsəyə gətirdikləri “Dictators Dinners” (“Diktatorlarin axşam yeməkləri”) adlı kitabda Hitlerdən Mussoliniyə, Stalindən Səddam Hüseyinə kimi bir çox diktatorun damaq zövqünə dair maraqlı məlumatlar yer alıb.
 
Publika.az həmin kitaba əsasən bir neçə diktatorun yemək zövqü haqqında ən maraqlı məlumatları təqdim edir:
 
Hitler: saxta vegetarian
 
Gəlmiş-keçmiş ən əzazil diktatorlardan olan Hitler özünü vegetarian kimi təqdim edirdi. Lakin onu vegetarian hesab etmək olmazdı. Çünki nadir hallarda da olsa ət və ət məhsulları yeyirdi. Sadəcə olaraq, həzm problemindən əziyyət çəkdiyi üçün ət və xəmir xörəkləri yeyəndə narahat olurdu.
O, da digər bütün diktatorlar kimi zəhərlənməkdən qorxurdu. Ona görə də, yeməklər Hitlerin önünə gətirilməzdən öncə 15 nəfər tərəfindən dadılırdı. Onlar 1 saat içində ölməsələr, Hitler rahatlıqla yeməyini yeyirdi.
O, ən çox aşpaz Margo Uolfun yeməklərini xoşlayırdı. Xanım Marqo öz xatirələrində Hitlərin ən çox sevdiyi yeməklərin tərəvəz şorbası, közdə bişmiş qırmızı bibər və plov olduğunu yazıb.
 
Mussolini: sarımsaq qoxan diktator
 
Mussolini hər fürsətdə Fransız mətbəxini pisləyir, İtaliyanın dünyanın ən ləzzətli mətbəxinə sahib olduğunu deyirdi.
Yeməyini evdə - həyat yoldaşı və 5 övladı ilə yeməyi xoşlayırdı. Həmişə eyni saatda süfrə başında olurdu. Qocalmağa başladığını hiss edəndə İtalyan mətbəxindən vaz keçib. Heyranı olduğu Mahatma Qandi ilə Bernard Şounun izindən gedərək vegetarian olub. Həmin dövrdə ən sevdiyi yemək limon suyu və zeytun yağı ilə dadlandırılmış yabanı sarımsaq salatı imiş. Hər axşam bu salatdan bir kasa yeyirmiş. Vəziyyət o yerə gəlibmiş ki, Mussolini daim sarımsaq qoxuduğu üçün həyat yoldaşı Rakele onunla eyni yatağı paylşamaqdan imtina edib.
 
Səddam: “Dənizdən nə çıxsa, yeyərəm”
 
Səddam Hüseyn kökəlməkdən qorxurdu. Ona görə də, yeməyi kiçik porsiyalarda yeyirdi. Çox vaxt boşqabındakı yeməyin yarısını saxlayırdı. Təmizlik xəstəsi olduğu üçün tez-tez mətbəxdə gigiyena qaydalarına əməl edilib-edilmədiyini yoxlayırdı.
Səhər yeməyində dəvə südü, çörək və bal yeyirdi. Günorta və axşam yeməyində isə dəniz məhsullarına üstünlük verirdi. Demək olar ki, hər gün balıq yeyirdi. Xərçəng də həftdə 3-4 dəfə yediyi qidalardan idi. “Dənizdən nə çıxsa, yeyərəm”, deyən diktatorun ən sevimli yeməyi də balıqlardan hazırlanırdı. Kefal və ya alabalıqdan hazırlanan “Masgouf” adlı yeməyi çox xoşlayırdı. Bir dəfə Fransa prezidenti Jak Şirak İraqa səfəri zamanı bu yeməyi yeyib çox bəyənir. Səddam dərhal 1.5 ton kefal və yemək üçün lazım gələn digər məhsulları prezidentin təyyarəsinə yüklədir. Yeməyi bişirmələri üçün isə Fransa prezidentinə iki yaxşı aşpazını göndərir.
 
Qəddafi: gündə 1 litr dəvə südü
 
Qəddafinin vaz keçilməz qidası dəvə südü idi. Hər gün 1 litr dəvə südü içirdi. Səhər yeməyi zamanı süfrəsində qızğın qumda bişmiş çörək və yumurta olurdu. Qəddafi də İtalyan yeməklərinə heyran olan diktatorlar sırasındadır. O bir dəfə makaronu nə qədər çox sevdiyini bu sözlərə ifadə edib: “Hər gün makaron yesəm, yenə bezmərəm”. Makarondan hazırlanan “Mbekbka” adlı yeməyi çox xoşlayırdı. Bu yeməyi hazırlamaq olduqca asandır. Aşpazlar makaronu soğan, tomat pastası, acı qırmızı bibər və zəfərandan hazırlanan sousda bişirirdilər. Bu sousun tərkibinə bəzən quzu əti, noxud və sarımsaq da əlavə edilirdi.
Qəddafi yeməklərində təkcə zeytun yağından istifadə edilməsini istəyirdi. Hər yeməkdən sonra mütləq yaşıl çay içirdi.

 

 Strategiya.az

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM