Belə ki, bələdiyyənin sədr müavini Sabir Həsənov öz kabinetində, bələdiyyənin digər üzvləri ilə vergi yığımları haqda danışırmış. Elə bu vaxt otağa daxil olan xanım sədr, müavini alçaldıcı sözlərlə təhqir edib. Bununla da kifayətlənməyən Starə Cabbarlı, Sabir Həsənovun yaxasından tutaraq onu bələdiyyədən qovduracağını bildirib.
Məsələdən xəbər tutan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov birinci müavini İlqar Süleymanovu və YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovu dərhal bələdiyyə göndərib. Bələdiyyəyə gələn müavin və sədr onları sakitləşdiriblər.
Daha sonra məlum olub ki, bələdiyyə sədrinin Sabir Həsənovu vəzifəsindən uzaqlaşdırmaq istəməsinin səbəbi, vergi yığımını lazımi qədər həyata keçirə bilməməsidir. Xanım sədr vaxtilə Veggilər Nazirliyində çalışan və hazırda Binəqədi bələdiyyəsinin üzvü olan Rasim Gözəlovu,Sabir Həsənovun yerinə gətirərək, vergi yığımında vəziyyəti yaxşılaşdırmaq istəyir.
Qeyd edək ki, Binəqədi bələdiyyəsinin üzvü olan Rasim Gözəlov, Vergilər Nazirliyində çalışıb və işində yol verdiyi nöqsanlara görə nazir Fazil Məmmədovun əmri ilə vəzifəsindən kənarlaşdırılıb. (bizimyol.info)