Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətimizin ali məqsədidir.
Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Milli Məclisdə keçirilən "18 İyun - Azərbaycanda İnsan Hüquqları Günü"nə həsr olunmuş dinləmələrdə deyib.
Ə.Həsənov bildirib ki, müstəqillik yalnız xalqımızın dövlətçilik arzularının yerinə yetirilməsi deyil, həm də hüquq və azadlıqlarının etibarlı təminatı üçün imkandır: "Azərbaycanda dövlət müstəqiliyinin ilk illəri insan hüquqlarının kütləvi şəkildə pozulması ilə müşahidə olunurdu. Belə ki, Ermənistan ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış edirdi və havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etmişdi. Bununla da 1 milyondan çox insan öz yurd-yuvasından didərgin salınmışdı. Təəssüf ki, insan hüquqlarının qorunmasını əlində bayraq edən bir sıra beynəlxalq təşkilatlar və dövlətlər milyondan çox vətəndaşın hüquqlarının ən kobud şəkildə pozulmasına qiymət vermirlər".
PA rəsmisi bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə xaos aradan qaldırıldı, sabitlik bərpa edildi: "Bu dövrdən başlayaraq, beynəlxalq sənədlərdəki insan hüquqları ilə bağlı prinsiplər nəzərə alınmaqla qanunlarımız qəbul edilib. Bu sahədə əsas qanunumuz Konstitusiyadır. Konstitusiyada insan hüquq və azadlıqlarının təmini, sosial, mədəni və digər hüquqlar, söz, fikir azadlıqları təsbit olunub. 1998-ci il iyunun 18-də "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın qəbul edilməsi də mühüm addım idi".
Ə.Həsənov qeyd edib ki, insan hüquqlarının, insanların sərbəst toplaşma azadlığının təmin edilməsi üçün lazımi işlər görülüb. Sərbəst toplaşma ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən rayonlarda açıq və qapalı yerlər müəyyən edilib.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycanda çoxlu sayda partiya, QHT, mətbuat orqanı fəaliyyət göstərir. Hər il dövlət büdcəsindən partiyaların maliyyələşməsinə 2,5 milyon manat vəsait ayrılır.
Vətəndaş cəmiyyətinin fəaliyyəti haqqında danışan Ə.Həsənov bildirib ki, Azərbaycanda qəbul olunan qanunlar və hüquqi aktlar QHT-lərin azad və sərbəst fəaliyyət göstərməsini təmin edir: "QHT-lərə hərtərəfli dövlət dəstəyinin göstərilməsi üçün 2007-ci ilin dekabrında Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı".
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda gənclərin ictimai birliklərinin fəaliyyətinə də xüsusi diqqət yetirlir: "Bu məqsədlə 2011-ci ilin dekabrında Azərbaycan Prezidenti yanında Gənclər Fondu yaradılıb. Bu günə qədər Fond gənclərin çoxsaylı layihələrini maliyyələşdirib".
Ə.Həsənov bildirib ki, bu gün Azərbaycanda 15-dək nazirlik, komitə və digər dövlət qurumları ictimai təşkilatlara qrantlar ayırır.
PA rəsmisi deyib ki, Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsinə də xüsusi diqqət yetirilir. 1998-ci ildə ulu öndər Heydər Əliyevin qərarı ilə Azərbaycanda mətbuat üzərində senzura birdəfəlik ləğv edilib və KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində çoxsaylı işlər görülüb.
Ə.Həsənov vurğulayıb ki, Prezident İlham Əlityev KİV-lərin inkişafına və onların problemlərinin həllinə xüsusi diqqət ayırır: "Azərbaycanda azad plüralist media fəaliyyət göstərir. KİV-in sayına görə Azərbaycan qabaqcıl ölkələrdən biridir. Azərbaycanda 5 mindən artıq KİV vasitəsi fəaliyyət göstərir".
Ə.Həsənov Azərbaycanda internet sərbəstliyindən də danışıb. O qeyd edib ki, internet resursları da Azərbaycanda sürətlə inkişaf edir, əhalinin 75 faizindən çoxu internetdən istifadə edir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM