Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində olan bağ evlərinin birində bağban işləyən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məhəmmədəli Sədullayevin həmin evin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi 160 ədəd çətənə kolu aşkar edilərək götürülüb.