Sabunçu rayon, Savalan qəsəbəsinin sakini Samirə Mikayılova əri Mikayılov Yasin Mirzə oğlu tərəfindən öldürülüb.
Strategiya.az bildirir ki, bu barədə AzNews.az-a mərhumun atası Sabir İsmayılov məlumat verib. Onun sözlərinə görə, hadisə martın 23-də baş verib. Sabunçu rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Samirə Mikayılovanın ölüm faktıyla bağlı rəy verib.
Rəydə mərhumun bədənində 3 gün əvvələ aid izlər müəyyən edildiyi yazılıb: “Morqun həkimi Seyid Aslanla şəxsən görüşdüm. Dedi ki, həmin gecə meyiti özüm müayinə etmişəm. Meyitin başına küt alətlə vurulub, qansızma var. Həkim rəyində yazıb ki, qızın bədənindəki qançırlar ölümündən 3-4 gün əvvələ aiddir. Lakin ölümündən az əvvəl başında, ürəyində, ciyərində və böyrəyində və mədəaltı vəzində travmalar yaranıb. Qançırlar olan şəkillərin hamısını da göstərdi. Lakin rəydə həm də zəhərlənmə faktının olduğu qeyd olunub. İndi isə həkimi sıxışdırırlar. Deyirlər guya, istintaqın sirrini açıb. Mən qızımın başına gələn şeydən xəbərsiz olmalıyam?”
S.Mikayılovanın ölümü ilə bağlı Sabunçu rayon Prokurorluğunda 126.3-cü maddəylə cinayət işi açılıb. Ölüm faktında təqsirli bilinən Yasin Mikayılov barəsində həbs-qətimkan tədbiri seçilib.
Mikayılovların 2 – 3 və 5 yaşlarında oğlu var. S.İsmayılovun sözlərinə görə hadisə baş verən zaman evdə kənar adam olmayıb. Yasin Mikayılov izahatında yoldaşının divandan yıxıldığını bildirib. Onun ailəsi isə iddia edir ki, qız zəhərlənib: “Əvvəl dedilər ki, guya, qızım “Nurofen”dən (Ağrıkəsici dərman, adətən uşaqlar üçün istifadə olunur - red.) dərmanından dən zəhərlənib, sonra bir soyuqdəymə dərmanının adını çəkdilər ki, ondan ölüb. Dərman zəhəri adamı 1 saata öldürməz axı. Yox, əgər çox atıbsa, demək ki, onu özünüöldürmə həddinə çatdırıblar. Bunlar araşdırılmalıdır”.
Qızının zəhərlənmədən ölmədiyi və onu ərinin öldürdüyü fikrində olan ata Sabunçu rayon Prokurorluğuna yollanıb. Prokurorluqda isə zəhərlənmə faktının daha üstün olduğunu deyiblər. S.İsmayılov prokurorluğun böyük müstəntiqi Ceyhun Hümbətovun cinayət işini zəhərlənmə faktı ilə ört-basdır etmək istəyindən şübhələrək, Respublika Prokurorluğuna şikayət edib: “Sabunçu rayon Prokurorluğunda işi zəhərlənmə adıyla bağlayıb, qızımın ölümünə səbəb olan ərinin günahsız olduğunu sübut etmək istəyirdilər. Ona görə şikayət etdim. İş oradan alınıb Bakı şəhər Prokurorluğuna verildi. Hazırda cinayət işinə müstəntiq Hafiz Əliyev baxır”.
Sabir İsmayılov bəzi məqamların qaranlıq olduğunu deyib: “Məni maraqlandıran odur ki, əgər, qızım xəstələnmişdisə, niyə bizim xəbərimiz olmayıb? Zəng vurub ailəsinə xəbər verəydilər.
İkincisi, niyə hadisə olan kimi təcili tibbi yardıma məlumat verilməyib və xəstəxanaya taksi ilə aparıblar? Sabunçu ilə Savalanın arası çox azdır. Lakin Sabunçu xəstəxanasına deyil, Maştağa xəstəxanasına aparılıb. Maraqları nə imiş? Bütün bunlar müəmma olaraq qalır”.
Mərhumun atası qızının ailəsində hər zaman problemlər olduğunu, onun əri tərəfindən öldürülməsinin heç bir şübhə doğurmadığını əlavə edib: “2010-cu ildə ailə qurublar. Ailələrində problem var idi. Bizimlə əlaqə saxlamağa icazə vermirdilər. Adi telefonla danışmağa belə qoymurdular. Dəfələrlə qızımı vurmuşdu. Yoldaşımı götürüb gedib qızımı gətirmək istəyirdim, amma qız özü qoymurdu. Deyirdi nə vaxtsa düzələcək. 6 il ərzində 2 dəfə gəlmişdi bizə. Son dəfə martda gəlmişdi. Martın 21-də ad günü idi, zəng etdim, təbrik etdim, 23-ü qızım öldü”.
Sabir İsmayılov bildirib ki, yaxın günlərdə prezident İlham Əliyevə məktub ünvanlayaraq, ondan zəhərlənmə adıyla qızının qanını batırmağa çalışan bəzi məmurların cəzalandırılması, işin obyektiv araşdırılması üçün aidiyyəti qurumlara göstəriş verməsini xahiş edəcək.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM