Trend-in "Qazprombank"ın rəsmi səhisəfinə istinadən verdiyi məlumata görə, imzalanma mərasimi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya prezidenti Vladimir Putin və İtaliyanın baş naziri Matteo Rentsinin iştirakı ilə baş tutub.
Yeni irimiqyaslı neft-kimya layihəsi Azərbaycanda qaz emalı və qaz-kimya zavodlarının tikintisini nəzərdə tutur.
"SOCAR Gas Plastics Company" layihəsi "Qazprombank" üçün maliyyə təminatı və Rusiya avanadlığının xaricə göndərilməsi baxımından yeni imkanlar açır.
Layihənin ümumi investisiya dəyəri ilkin qiymətləndirməyə əsasən 3,5 milyard dolları təşkil edir. Layihə üçün Rusiya avadanlığı və materiallarının tədarükünün potensial həcmi və Rusiya podratçılarının tikinti-montaj xidmətlərinin dəyəri isə investisiya büdcəsinin 20%-ni təşkil edəcək.
"Qazprombank" qrupu Azərbaycanda SOCAR şirkəti ilə bir sıra iri layihələr həyata keçirir. Bu qarşılıqlı faydalı əməkdaşlıq Qrupun maliyə və texnoloji imkanlarının birləşdirilməsinin uğurlu nümunəsidir", - "Qazprombank"ın İdarə Heyətinin sədri Andrey Akimov bildirib.
Strategiya.az