Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında yarışda Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç və Alyona Kolesnik (hamısı 58 kq) iştirak edib.
Güləşçilərimiz turniri 1 qızıl və 2 bürünc medalla başa vurub.
Bürünc medalları isə yığmamıza Anjela Doroqan (53 kq) və Nataliya Sinişin (58 kq) qazandırıb. Nataliya Sinişin həlledici görüşdə komanda yoldaşı Yuliya Ratkeviçdən üstün olub.