Ermənilərin Naxçıvanda törətdikləri soyqırımıları

12:06 / 30.03.2014

XIX əsrdən başlayaraq ermənilər Qafqazda işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına "böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq istər hərbi, istərsə də ideoloji vasitələrdən istifadə etmiş, XX əsr boyu Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı cinayətləri törətmişlər.

 
"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları XX əsrin əvvəllərində - 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar törətmişlər. Ermənilər tərəfindən Bakıdan başlanan vəhşiliklər Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, yerlə-yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Həmin dövrdə Bakı, Quba, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad və Qazaxda azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar törədilmiş, minlərlə soydaşımız yurdlarından didərgin salınmış, yüzlərlə Azərbaycan kəndi tamamilə viran qoyulmuşdur.
 
Tarixi romanlar müəllifi, yazıçı Məmməd Səid Ordubadi "Qanlı illər", Mir Möhsün Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitablarında azərbaycanlılara qarşı aparılan soyqırımı barədə ətraflı bəhs etmişlər. Həmin kitablar dövrün mətbu nəşrləri, şahidlərin ifadələri və məktubları əsasında hazırlanmışdır.
 
1905-ci ilin may ayından başlayaraq Naxçıvan qəzasında da ermənilərin azərbaycanlılara qarşı qətlləri başlanmışdır. Ermənilərin Naxçıvanda törətdikləri qırğınlar Ordubad, Yaycı, Cəhri, Şıxmahmud, Kültəpə, Əliabad, Çeşməbasar, Tivi, Tumbul və onlarca başqa yaşayış məntəqələrini əhatə etmişdir. Ermənilər 1905-ci il noyabrın 26-da Naxçıvan şəhərindəki müsəlman bazarını tamam qarət etdikdən sonra od vurub yandırmışlar. Yanğın nəticəsində bazarda 85 dükan, 75 anbar və başqa tikililər məhv edilmişdir. Noyabrın 30-da isə Cəhri kəndi yandırılmışdır. Həmin gün Naxçıvana gəlmiş İrəvan general-qubernatoru Paskeviç hadisələrin təfsilatı ilə maraqlanmamış, Cəhri kəndi tamam yanıb qurtarandan sonra - dekabrın 2-də kəndə yollanmış, naxçıvanlıların haqlı şikayətləri ilə bir daha qarşılaşmamaq üçün gecə ikən qatarla İrəvana qayıtmışdır.
 
Azərbaycanlıların 1918-ci il mart soyqırımı da bəşər tarixinə ən qanlı və misli görünməmiş faciələrdən biri, 1905-1907-ci illərdə törədilən qanlı cinayətlərin davamı kimi düşmüşdür. 1918-ci ilin mart, aprel və may aylarında Azərbaycanda ermənilər tərəfindən yarım milyondan artıq insanın həyatına son qoyulmuşdur.
 
Arxiv materialları, tədqiqat əsərləri, müasirlərin xatirələri təkzibolunmaz faktlarla təsdiq edir ki, rus ordusundan aldıqları döyüş sursatı ilə silahlanmış erməni quldur dəstələri 1918-ci ilin mart ayında Naxçıvan bölgəsinin müxtəlif yerlərində dəhşətli qırğınlar törətmişlər. Naxçıvan ərazisi hərbi anda xəyanət etdiyinə görə türk ordusundan qovulan Andranik Ozanyanın və onun quldur dəstələrinin hücumlarına məruz qalmışdır. Onlar Naxçıvan və Şərur-Dərələyəz qəzalarının kəndlərinə basqınlar etmiş, əhaliyə divan tutmuş, qadınları, uşaqları, qocaları belə öldürmüş, heç kimə rəhm etməmişdilər.
 
1918-ci il iyul ayının 24-də Xoy şəhəri yaxınlığında türk qoşunları tərəfindən məğlub edilən Andranik öz qoşunları ilə Culfa bölgəsinin Yaycı kəndi ərazisindən Arazı keçərək Naxçıvana daxil olmuşdur. Naxçıvan şəhərini tutmağı öz qarşısına məqsəd qoyan Andranik Aza, Düylün, Yaycı, Dizə kəndlərinin əhalisini qılıncdan keçirmişdir. Qısa müddət ərzində o, Ordubad dairəsinin əksər hissəsini, Culfa şəhərini və bir sıra kəndləri işğal etmişdir. Mətbuat materialları təsdiq edir ki, həmin vaxt Andranikin dəstəsi Gilançay və Əlincəçay vadisində çox kəndi dağıdıb viran qoymuş, əhalinin əksəriyyətini vəhşicəsinə öldürmüşlər.
 
Andranikin ilk təcavüzü Naxçıvan qəzasının Araz çayı kənarında yerləşən Yaycı və Aşağı Aza kəndlərində olmuşdur. Naxçıvanın ən iri yaşayış məskənlərindən biri olan Yaycı kəndinin 2500 nəfərdən artıq əhalisi qətlə yetirilərək Araz çayına atılmışdır.
Yaycı hadisələri ilə bağlı Nehrəm kənd sakini Tağı Nağdəliyev 14 iyun 1918-ci ildə Naxçıvan Milli Komitəsinin sədri Mirzə Nəsrulla Əmirovun adına göndərdiyi məktubunda yazırdı: "Məlum edirəm ki, Andranikin dəstəsi İrandan Araz körpüsündən keçərək Yaycı kəndinə girmiş, həmin kənd əhalisini qılıncdan keçirərək kəndi tar-mar etmişdir. Camaldın və Ərəzin kövşəninə erməni qoşunları dolubdur. Lazımi sərəncam verməkdən ötəri xəbər edirəm ki, Nehrəm kəndi qorxu içindədir".
 
Bundan əlavə, Andranikin dəstələri Naxçıvan şəhərinə də hücum etmişlər. Naxçıvan şəhərinə uğursuz hücumdan sonra ermənilər Naxçıvançayın sol sahilində yerləşən kəndlərdə, xüsusilə, Sirab dərəsi adlanan yerdə qanlı qətllər törətmiş, ətraf kəndlərdən qaçıb buraya toplaşmış əhalini qılıncdan keçirmişlər. Ermənilər həmin vaxt yaxın ərazilərdən Sirab kəndinə pənah gətirmiş və kənddəki 3 məsciddə gizlənmiş 1000-dən artıq günahsız insanı od vurub yandırmışlar. Ermənilərin hücumları zamanı Naxçıvanın 80-dən artıq yaşayış məskəni dağıdılmış, minlərlə insanın həyatına son qoyulmuşdur.
 
Həmin vaxt Naxçıvan bölgəsində 130 minə qədər əhali yaşayırdı. Andranikin vəhşilikləri zamanı və sonrakı 2 il ərzində onlardan 73 min 727 nəfəri qəddarcasına qətlə yetirilmişdir. Bu günahsız insanların böyük bir hissəsi azyaşlı uşaqlar, qadınlar və qocalar olmuşdur. Ancaq Naxçıvanın özünümüdafiə dəstələri bu ərazinin ermənilər tərəfindən işğal olunmasına imkan verməmişlər. 1919-cu il dekabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəhbəri Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında naxçıvanlıların bölgəni müdafiə etmək üçün göstərdiklərii şücaəti belə xarakterizə etmişdir: "İgid naxçıvanlılar, şərurlular və vedibasarlılar bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa - Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar".
 
Ümumiyyətlə, istər 1905-1907-ci illərdə, istər 1918-1920-ci illərdə, istərsə də ötən əsrin 90-cı illərindən başlayaraq erməni quldur dəstələri Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvana da hücumlar təşkil edərək xeyli sayda cinayətlər törətmişlər.
Bütün bu hadisələrin əsl mahiyyəti ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanda göstərilmiş, ermənilərin Azərbaycan xalqına qarşı əsrlər boyu apardıqları soyqırımı siyasəti dərindən təhlil edilmiş və ona siyasi qiymət verilmişdir.
 
Azərbaycan tarixinə işıq salan bu mühüm tarixi sənəd heç zaman öz aktuallığını itirməyəcək. Həmin fərmana uyğun olaraq, hər il ölkəmizdə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi yad edilməsi də tarix boyu xalqımıza qarşı törədilmiş bu qanlı cinayətləri unutmamaq və bir daha yaşamamaq üçündür.

"Azərbaycan" qəzeti"


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM