Kənddə vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları, ev əşyaları 81 kv.m sahədə, evə bitişik ümumi sahəsi 20 kv.m olan talvarın yanar konstruksiyaları 2 kv.m sahədə və talvarın altına yığılmış 1.5 ton ot bağlamasının 200 kq-ı yanıb.
Evin, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.