"Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"

14:47 / 21.06.2016

Əfsanəvi italiyalı futbolçu Andrea Pirlo Farih Terim haqda sensasiyalı fikirlər səsləndirib.

Strategiya.az xəbər verir ki, Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, hazırda ABŞ-ın “Nyu-York Siti” klubunda oynayan Pirlo özünün xatirələr kitabında “Milan”da Fatih Terimin rəhbərliyi altında çıxış etdiyi dövrlərə də toxunub.

“Berluskoni ilə Ançetlotti arasında qarşılıqlı hörmətə dayanan münasibətlər vardı. Amma “Milan”da heç də bütün məşqçilərin klub rəhbəri ilə belə münasibəti yox idi. Götürək, elə Fatih Terimi. O, qaydalara allergiyası olan insan təsiri bağışlayırdı. “Milan”a gəldiyi ilk günlərdən burada çox işləməyəcəyi aydın idi. Gözlənildiyi kimi də oldu. Qısa müddət sonra qovuldu. Terim İtaliyaya gələnə qədər istədiklərini diqtə etdiyi aşağı səviyyəli klublarda çalışmışdı. Amma bura “Milan” idi. Burada elə qaydalar vardı ki, ona hökmən əməl etməli idin. Məsələn, şam yeməyinə gec gəlirdi. “Milan”ı təmsil etdiyi tədbirlərə qalstuk taxmadan gedirdi, sonra isə evində onu kimsə gözləyirmiş kimi, heç kimə xəbər vermədən oranı tərk edirdi. 


                                          

Qalliani (“Milan”ın vitse-prezidenti – red.) isə masada tək qalmaq məcburiyyətində qalırdı. Məşqlərdə onu Con Travolta kimi qərib, rəngli paltarlarda görürdük. Bütün fəaliyyəti boyu yanında dəliyə bənzər bir tərcüməçi gəzirdi. Onun beş dəqiqəlik danışığını könülsüz şəkildə bizə çatdırır və cəmi beş saniyəyə yerləşdirmək istəyirdi. Tərcüməçisi bir dəfə Terimə media ilə bütün əlaqələrini tamamilə kəsməyi tövsiyə etdi. Təsəvvür edirsiz, media ilə əlaqələri kəsmək... Tamamilə... Və “Milan”da. Qarşılıqlı əlaqələrin hər şeydən önəmli və mükəmməl olduğu  bir klubda”.

Pirlo Fatih Terimin taktika savadına şübhə etdiyini yazıb: 

                                        

“Fəaliyyətə başladığı ilk günlərdə onun keçirdiyi iclaslar unudulmaz idi. O, əlinə bir təbaşir götürərək taktiki lövhəyə 11 dairə çəkirdi. Hər dairə meydana çıxacaq bir futbolçunu təmsil edirdi. Ancaq sonra lövhə onun çəkdiyi oxlardan və qaralamalardan elə hala gəlirdi ki, heç nə başa düşmək olmurdu. Qısası, tam bir xaos. Lövhəyə baxanda yalnız qapıçı hansı mövqedə oynacayağını bilirdi.

Bir dəfə toplantıda bir dairə çəkib, Kostakurtaya xitabən “sən burda olmalısan” dedi. Axırda dözməyib ona bildirdim ki, “patron, az əvvəl o göstərdiyin dairədə mənim olacağımı söyləmişdin”.

İşin ən pis tərəfi o idi ki, Terim danışdıqca müdafiə xəttindəki futbolçularla hücumdakıları qarışdırmağa başlayırdı. Artıq vəziyyət elə həddə çatmışdı ki, biz futbolçular öz aramızda zarafatla deyirdik: “Yəqin Terim Berluskoninin heç kimə danışmadığı yuxusu olan 2-4-4 taktikasını həyata keçirir”.

Ancaq zarafat bir yana, Terimin taktiki savadı çox aşağı idi. Bütün komandanı oyuna qışqırıb-bağırmaqla motivasiya etməyə çalışırdı. Belə olan halda, yaxşı nəticə qazanmağa ümid edirdi. Bəlkə də başqa yerlərdə onun bu istəyinin həyata keçməsi mümkün idi. Amma bu plan “Milan”da özünü doğrulda bilməzdi və doğrultmadı da. “Milan”da uzun müddət qalmaq üçün daha yaxşı işlər görməyə ehtiyac var”.

Xatırladaq ki, Fatih Terim 2001-ci ildə “Milan”da bir neçə ay işləyib, sonra istefaya göndərilib.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM