Bu gün iki Mark haqqında yazmaq istəyində idim.Adətən texniki,şəxsi və məişət problemləri haqda heç vaxt fikir paylaşmıram.Lakin 2 həftədir ki,fb profilimdə baş verən spamlar və əksər funksiyaların çalışmaması məni Mark Tven və Mark Zukkerberqin fərqi haqda düşüncələrəmi qələmə almaq məcburiyyətində qoymuşdu.Yəqin ki,bunu daha müsaid vaxtda edəcəyəm.Amma dünyanın böyük adamı Nelson Mandelanın ölümü hər şeyi dəyişdi.
İndi çoxmilyonlu beynəlxalq kanallarda Afrika xalqlarının vida mərasimi nümayiş etdilirkən azadlıq uğrunda qaradərili simvolun-Mandelanın həyatı və heyrətamiz mübarizə yolu barədə ən kiçik detallar belə yüksək ehtiramla vurğulanır,bəşəriyyətin gedişinə təsir edən şəxsiyyətin layiqli qiyməti verilir.Bəli,onun ölümü nə qədər gözlənilən olsa da heç kəs 95 yaşlı qoca ilə vidalaşmır.Ömürü təqvimlə hesablayanlardan fərqli olaraq başqa bir sistemlə yaşayan insanların dünyaya töhfəsi məhz ayrıdır.Zamanı şərtiləşdirən və ona meydan oxuyan simvollar olmasaydı,dünya sadəcə qəbir daşlarından ibarət olardı.Hansı ki,üstündə yalnız doğum və ölüm tarixləri yazılır.Ömürün ölçüsü bu ola bilməz.
Nelsonu əfsanəyə çevirən qəhrəmanlıqları tarixdə çoxları edib.İşgəncəli həbsxanalardan,əlində silah aparteidə qarşı mücadilədən və ağların-qaraların hökmranlığına qarşı müqavimət hərəkatından yüzminlərlə insan keçib.Lakin Nelsonu mifləşdirən onun bütün həyatı boyu prinsiplərinə sadiq qalmasıdır.
Baxın,milyonların kumirinə çevrilən Vatslavın dövlətə rəhbərliyi mənsub olduğu toplumda xəyal qırıqlığı yaratmadımı,yaxud antisovet hərəkatına öncüllük edən "Solidarnost"un başçılarıdan biri Lex Valensanın prezidentliyi eyni milli vəcd və heyrəti öz şəxsində sonadək qoruyub saxladımı?Təəssüf ki,xeyr.Lakin Nelson məhbəsdən dövlət taxt-tacına yerini dəyişərkən də ideallarını ayaqlar altına atmadı.Onu əbədi edən də budur.
Dünyada hansı milli-irqi rəng azadlıq və müstəqillik hərəkatına daha çox töhfə verib?Martin Lüter Kinq və Nelson Mandeladan sonra bunlar tamam əhəmiyyətsiz məsələlərdir.Dünyada insanlığı yüksəklərə qaldıran peyğəmbərlər Allah sözünü çatdırarkən bəlkə də heç zaman sərt dini sərhədlər və tikanlı məftillərlə bəşəriyyəti bölməyiblər.Lakin tarixin müxtəlif dönəmlərində müqəddəs kitablara yazılan bircə bənd sivilizasyaları və inancları bir-birinə düşmən edib.İndi kim ki,rəngləri, etiqadları və gücü sındırıb yerində ədaləti bərqərar etmək istəyir,onlar öz missiyalarına görə tarixin fövqünə qalxırlar.
Nelsonu böyük edən ona bu gün kasıb rəiyyətin və varlı elitanın eyni dərəcədə vəfa borcunu verməyə çalımasıdır.Düşünməyin ki,Barak Obama eyni rəngi bölüşdüyü üçün matəm törəninə qatılmağa qərar verib.Qətiyyən.Sadəcə hər kəs belə ölümə həsəd aparır.Hamı Nelsonun dünyadan yüksək bir adla köçməsinə qibtə edir.Deməli,təkca qəhrəmanlıq və uğuru deyil,həm də ölümü qısqanclığın və pay götürmələrin hədəfinə çevirmək olar.Özünə deyil,dünyaya həsr olunan və bərabərlik,azadlıq gətirən ömür əbədi var olmağa layiqdir.
Dünyada sonuncu qul ayağa qalxana qədər nelsolçuluq davam edəcək.İrqinə görə deyil,məzlumluğuna və istismara görə qapqara olan hər bir insanın mübarizə təpəri önün həyat səlnaməsindən qaynaqlanacaq,ruh alacaq.Lakin həm də şərə təkcə qisasçılıq və silahla deyil,xeyirxahlıqla qalib gəlmək istəyənlər də onun fəlsəfəsinə söykənəcəklər.Karla Bruni onun 22 illik həbsdən sonra düşmənlərindən intiqam almaması hissinə heyran qaldığını vurğulayarkən tamam haqlıdır.
Nelson kiçik bir əyalətdə doğulub böyüş dünya adamı kimi torpağa tapşırılmağın ən yaxşı nümunələrindən və nümayəndəlirindən biri olacaq.
Bir az əvvəl köhnə lentlər sırasında Euornewsda bir-birini bağrına basan Maykl Ceksonla Nelson Mandelanın görüşünü göstərirdilər.Hər ikisi tarixin gedişini dəyişsələr də dahi sənətçi ağ irqə mənsubluq üçün insan üzərində yaşana biləcək bütün tibbi əməliyyatlara qatlaşmağa özünü məhkum etmişdi.Lakin bütün bunlara baxmayaraq və dünyada qanın sudan ucuz olduğu bir gerçəklikdə hər iki şəxsin üzü ağ bu həyatdan köçdüklərinə hər kəs qəti əmindir!
Nelson bir rənglə doğuldu,lakin hər bir millətin rəngində bu həyatdan köçdü.Onu hamı özününkü saya bilər.Ona görə sifətlər deyil,simalar qalıcı və əbədiyaşardır!
Milli Məclisin deputatı,
Zahid Oruc
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM