Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova özünün “Facebook” səhifəsində 22 iyun – Böyük Vətən Müharibəsinin başlandığı gün münasibətilə fikirlərini bölüşüb. Strategiya.az bildirir ki, Virtualaz.org xəbər verir ki. M.Zaxarova yazır:
“Hər il bu gün düşünürəm ki, hərbi müdaxilə xəbəri insanları harada və necə haqlayıb. Kimisi əvvəlcədən güman edirmiş, kimisi də radiodan, yaxud tanışlarından xəbər tutub. Yəqin, az adam bunun nə ilə nəticələnəcəyini düşünə bilərdi. Bax belə, bir günün içində milyonlarla insanın həyatı alt-üst oldu. Çox qorxuludur. Bunu təsəvvür etmək olduqca qorxuludur.
Biz sülhə öyrəşmişik. Bizim üçün bu normadır, təbii haldır. Hərçənd, qətiyyən belə deyil. İldən-ilə daha çox anlayıram ki, bu süni və çox əziyyət tələb edən vəziyyətdir”.