Strategiya.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.
O bildirib ki, AŞ PA sessiyasında Azərbaycanda gedən proseslər, o cümlədən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə qəbul olunan son amnistiya aktı yüksək qiymətləndirilib: “Avropalı həmkarlarımız Azərbaycanda gedən prosesləri yaxından izləyir, dəstəkləyir və alqışlayırlar”.
S.Fətəliyeva əlavə edib ki, nümayəndə heyətimizin üzvü tərəfindən Ermənistanda yerləşən və böyük təhlükə mənbəyi olan Metsamor atom elektrik stansiyası ilə bağlı məsələ də qaldırılıb: “O cümlədən Ermənistanda saxlanılan azərbaycanlı girovlarla bağlı məsələ qaldırılıb. Yəni bizi narahat edən bütün məsələlər müzakirəyə çıxarılıb”.
O qeyd edib ki, sessiya hələ davam edir: “Azərbaycan nümayəndə heyətinin üzvlərinin də çıxışları nəzərdə tutulub. Yenə də ölkəmizi narahat edən məsələlər qaldırılacaq”.