Strategiya.az bildirir ki, APA-nın verdiyi xəbərə görə, bu barədə İstanbulun “Jamanak” nəşri məlumat yayıb. Səfərin ləğv edilməsinə A. Ateşyanın Ermənistana gəlməməsi üçün başladılan təşəbbüs səbəb olub. A. Ateşyan iyunun 15-də Rusiyaya gedib və oradan Ermənistana uçaraq Roma Papasının səfər proqramında iştirak etmək istəyib. Lakin bu niyyətini gerçəkləşdirmədən İstanbula qayıdıb. Səbəb onun Almaniya Bundestaqında uydurma "erməni soyqırımı" ilə bağlı qəbul olunan qətnamədən sonra prezident Ərodoğana göndərdiyi məktubdur.
Məhz bu məktub Ermənistanda və erməni diasporu daxilində ciddi hay-küyə səbəb olub və bundan sonra səfərin ləğvi üçün təşəbbüs başladılıb.
A. Ateşyan Roma Papasının səfəri zamanı hər hansı xoşagəlməz halların baş verməməsi üçün səfərini təxirə salaraq İstanbula geri qayıdıb.