Bakıda aşkar şəkildə gəncləri zəhərləyirlər.
Strategiya.az bildirir ki, Milli.Az-ın oxucuları tərəfindən ünvanlanmış bu səpkili müraciətlər oxuyacağınız reportajın ərsəyə gəlməsinə səbəb oldu.
Şikayətçi Anaxanım Orucova (şərti ad, soyad) Bakının "Şamaxinka" adlanan ərazisində apteklərdən birində uyuşdurucu tərkibli, satışı qadağan olunmuş dərman preparatının satıldığını iddia edir.
Qadın oğlunun hər gün borc-xərc edib sözügedən ünvana gedərək həmin uyuşduruculardan alıb qəbul etdiyini və hər gecə evdə "qan su yerinə axdığını" bildirir. Aludəçi gəncin valideyni övladının vaxtı ilə tanınmış zərgər olduğunu və bu yola qurşandıqdan sonra bütün var-dövlətinin əlindən çıxdığını qeyd etdi.
Ananın söylədiyinə görə, oğlunun ailəsi də bu "zibil" üzündən dağıldı: "İndi kirayədə qalırıq. Bir oğlumdur, bir də mən. İşləmir! Çörək pulunu güclə tapdığımız halda o, hər gün bu "zibil"ə borc-xərclə pul tökür". Şəhərin marketlərinin birində süpürgəçilik etdiyini deyən qadın oğlunun şalvarının cibindən çıxan sözügedən uyuşdurucunun fotosunu bizə göndərdi.
Müraciətdə göstərilən həmin ünvana - Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 11 A ünvanına yollanırıq (3-cü mikrorayon dairəsinin yaxınlığı). Öncə deyilən ünvanda yerəşən "Optika" adlı apteki bir qədər kənardan müşahidə etmək qərarı veririk. Obyektin jalüzü yarıya qədər endirilib və girişində apteklərə xas olmayan izdiham yaşanır. Adətən belə növbə çox az hallarda paytaxtda pulsuz keçirilən satış kampaniyalarında müşahidə edilir.
Aptek ola və belə sıxlıq ola, təkcə bu məqam işin içində əmma olduğunu anlamağa kifayət edir.
Kənardan qısa müşahidəmizdən sonra aptekə daxil oluruq. Müştərilərin əksəriyyəti gənclərdir. Aralarında orta yaşlı şəxslərə də rast gəlmək olurdu.
Aptekdəki mənzərə detektiv filmlərindəki səhnələri xatırladır. Sadəcə, bu dəfə belə səhnələri ekran arxasından yox, real həyatda izləyirsən, özün də iştirakçısına çevrilirsən. Ətrafı diqqətlə süzərək üzərində dayanan baxışlar, növbəyə duran müştərilərin pıçıltılı danışıqları, ürkək davranışları səni də ehtiyatlı olmağa sövq edir. Əlbəttə, ifşa olunmaq qorxusu da hakim kəsilir qəlbinə. Bu səbəbdən də naşı olmadığını nümayiş etdirmək üçün digərləri kimi davranmaq məcburiyyətindəsən.
Alıcıların satıcı xanımlarla (aptekdə iki xanım satıcı xidmət göstərir) ünsiyyətindən məlum olur ki, gələnlərin əksəriyyəti təkrar müştərilərdir.
Dialoq zamanı tələb olunan "Contramal" preparatının adı çəkilmir, sadəcə ünsiyyət zamanı "5 dənə ver", "13 dənə ver", "30 dənə ver" kimi ifadələrdən istifadə edilir.
Müştərilərlə çox yaxşı anlaşan satıcı isə hallanmaq istəyənləri "uçurmağa" tələsir, sanki. Ağızdan çıxan rəqəmə uyğun olaraq çevik hərəkətlə masanın altından "Contramal" tabletlərini uzatmaqla.
Dialoq təxminən bu formada qurulur:
- Neçə dənə alırsan?
- 18 dənə.
- Birdən-birə o qədər?
- Tək deyiləm.
Başqa bir dialoq, 22-23 yaşlı gənclə satıcı arasında:
- Mənə kapsulundan ver.
- O birini bəyənmədin?
- Bunu da yoxlamaq istəyirəm.
Qısacası, dövriyyəsi qadağan edilmiş "Contramal" və yalnız həkim resepti ilə verilməli olan "Tramadol"u adını qeyd etdiyimiz ünvandan çox asanlıqla əldə etmək mümkündür.
Arayış: "Tramadol" psixotrop dərmandır. "Tramadol" tərkibli həblərin satışı qadağan edilməyib, lakin bu dərman güclü psixotrop təsirə malik olduğundan yalnız həkim göstərişi əsasında satıla bilər. Bu dərmanın reseptsiz satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib. Bu preparatdan ancaq güclü ağrısı olanlar, məsələn, xərçəng xəstələri istifadə edə bilərlər. Həmin dərmanın əlavə təsirindən biri də bu dərmanın asılılıq yaratmasıdır. Bu dərmanlar eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur. "Tramadol" dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilərlər. "Tramadol" güclü narkosərxoşluq və asılılıq yaradan narkotik vasitə kimi Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub.
Tibb eləmləri doktoru, professor Adil Qeybulla deyir ki, adları çəkilən preparatların açıq şəkildə satışı neqativ nəticələrə səbəb ola bilər. Çünki asılılıq yaradan bu ağrıkəsicilərin orqanizmə ciddi təsirləri mövcuddur.
Onun sözlərinə görə, xarici dövlətlərdən bir çoxunda - Almaniyada, Böyük Britaniyada ağrıkəsicilər (qeyri-esteroid ağrıkəsicilər) marketlərdə satılır. "Amma qalan bütün dərmanlar həkim "resept"i ilə apteklərdə satılır. Söhbət təkcə uyuşduruculardan getmir. Elə qan təziqi qaldıran, endirən bu tip dərmanlar da yalnız həkim resepti ilə buraxılmalıdır. Sərbəst gedib kiminsə sözü ilə alıb istifadə etmək düzgün deyil. O ki qaldı psixotrop maddələrə, narkotik maddələrə, onlar tibbdə istifadə olunur. Sadəcə olaraq, onların narkomanlar tərəfindən istifadə olunması üçün uçotda, qeydiyyatda olmalıdırlar. Yəni həkim resepti qeydiyyata alınır və həmin ampula geri qaytarılır. Bu dəqiqə narkotik analgetiklərdən istifadə edən yoxdur. Bu dəqiqə elə narkotik vasitələr var ki, onlar unudulub gedib. Lakin həkim resepti əsasında, nəzarət altında onlardan istifadə mümkündür. O ki qaldı "Tramadol"a, həkim resepti əsasında apteklərdə o dərmanın buraxılışı mümkündür. "Contramal" da "Tramadol" kimi eyni tərkibə sahibdir".
Məsələ ilə bağlı Respublika Narkoloji Mərkəzinin mövqeyini də öyrəndik. Mərkəzin direktor müavini Aytən Səmədova bildirdi ki, "Tramadol"un ancaq 50 mg-na icazə verilib, o da yalnız həkim resepti ilə. "Contramal"ın isə dövriyyəsi qadağan edilib. Onun sözlərinə görə, bu preparatların açıq satışda olması ilə bağlı məlumatları yoxdur. Apteklərdə monitorinqlər Nazirliyin Analitik Ekspertiza şöbəsi tərəfindən aparılır. Əgər belə hallar aşkarlanırsa, onlar hüquq mühafizə orqanlarına məlumat verirlər.
Məsələ burasındadır ki, dəfələrlə sözügedən ünvanda adlarıçəkilən dərmanların açıq satışının həyata keçirilməsi ilə bağlı məlumat verilsə də, görünən odur ki, heç bir tədbir görülməyib.
Səhiyyə Nazirliyi də, hüquq mühafizə orqanları da birmənalı olaraq məsələdən agahdırlar. Heç bir tədbirin görülməməsi isə bu ağrıkəsicilərin satışının yüksək səviyyədə himayə olunması ehtimalı yaradır. Nəticədə isə kimlərinsə cibləri dolur, gənclərin isə ömürləri kəsilir.
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM