Müsahibimiz "Azinterpartlayış - X" MMC-nin direktoru Azər Şükürovdur
- Azər müəllim, Azərbaycanda dağ – mədən sənayesinin, mövcud vəziyyəti, inkişaf perspektivləri, qeyri – neft sənayesinin inkişafında oynayacağı rolla bağlı mütamadi olaraq mətbuatda çıxış edirsiniz. Məlumunuzdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı öz mövqeyini açıqlamış və bu sahəyə xüsusi diqqət ayrılmasını qeyd etmişdir. Bu məsələyə sizin münasibətiniz necədir?
- Neft-qaz sənayesində mövcud olan qlobal böhran neft hasilatı ilə məşğul olan ölkələrə qeyri-neft sektorunu inkişaf etdirmək üçün bir təkandır. Cənab Prezident İlham Əliyevin inkişafına xüsusi diqqət yetirdiyi bu sektorlardan biri də dağ-mədən sektorudur. Aydındır ki, bu xüsusi diqqətin səbəbi isə ölkəmizin yeraltı sərvətlərində filiz və qeyri filiz yataqlarının olduqca əhəmiyyətli dərəcədə zəngin olmasıdır. Cənab Prezident İlham Əliyevin "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC və "AzerGold" QSC yaradılması barədə sərəncamları ölkənin neft sektoruna alternativ olaraq əlverişli platforma yaradır.
- Azər müəllim, bu məqamda bir sual yerinə düşür. Cənab Prezident bu sahələrin inkişafı üçün Sərəncam imzaladı. Bəs bu sahəni inkişaf etdirmək və dünya standartları səviyyəsinə qaldırmaq üçün kadr potensialımız varmı?
- Ölkəmizin neft–qaz sektorunda insan resurslarımıza qoyulan investisiyalar, bu sektorun inkişafında böyük nəticələr vermişdir. Ancaq bu gün dünyanı bürüyən neft böhranı artıq bu kadrların dağ – mədən sahəsinə yönəldilməsini zəruri edir.
- Sizcə, neft – qaz sahəsində çalışan mütəxəsislər dağ – mədən sahəsində özlərini doğrulda bilərlərmi?
- Ölkə daxilində və onun hüdudlarından kənarda, neft-qaz sahəsində uğurlu təcrübəyə malik milli kadrlar tərəfindən dağ-mədən sektoruna aid layihələrin idarə edilməsi olduqca effektli nəticələr verərdi. Qeyd edək ki, bu kadrlar neft-qaz sektorunda investisiyaların cəlb edilməsi, idarə edilməsi və layihələrin həyata keçirilməsində çox böyük təcrübəyə malikdirlər.
Digər tərəfdən ölkə daxilində və onun hüdudlarından kənarda təhsil almış, praktiki təcrübəyə malik, yetərincə geoloq və dag-mədən mühəndislərimiz mövcuddur. İdarəetmədə və praktik işlərdə bu qüvvələri birləşdirməklə bu sektorun inkişafına və ciddi nəticələrə çatmaq olar.
Xüsusi vurğulamaq istərdim ki, bu mütəxəssislər Azərbaycanın uzun illlər ərzində, Sovetlər dövründə Ulu Öndər Heydər Əliyevin uzaqgörən kadr siyasəti nəticəsində əldə etdiyi ən böyük kapitalıdır. Qeyd edək ki, bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli kadrların yetişməsinə böyük vəsaitlər ayrılır.
Azər müəllim, bildiyimiz qədər siz də Ulu Öndərin kadr siyasəti nəticəsində sovetlər dövründə Moskva Dağ – Mədən İnstitutunda təhsil almısınız və Azərbaycanda dağ-mədən sənayesinin inkişafında maraqlısınız. Cənab prezident İlham Əliyevin bu sərəncamlarından irəli gələn məsələlərin həyata keçirilməsində aktiv fəaliyyət göstərəcəyinizə inanrıq. Müsahibəyə görə təşəkkür edirik!
Müsahibəni aldı
İsmayıl Qasımov
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM