Strategiya.az xəbər verir ki, Trend-in məlumatına görə, "Misery" indeksi adı ilə tanınan reytinq inflyasiya və işsizliyin səviyyəsi əsasında ölkələrin rifah halını müəyyənləşdirir.
Bu ilin araşdırmalarına əsasən, dünyanın iqtisadi cəhətdən ən bədbəxt ölkəsi Venesuela seçilib. Venesuela ikinci ildir ki, siyahıda 70 ölkə sırasında ən müvəffəqiyyətsiz ölkə kimi qeyd olunur. Belə ki, Venesuelada inflyasiya səviyyəsi 180%-ə çatır.
Siyahının sonuncusu, yəni sosial-iqtisadi göstəricilərinə görə "ən xoşbəxt" ölkə isə Sinqapurdur. Burada işsizlik səviyyəsi 1,4% azalaraq 1,9% təşkil edir, inflyasiya göstəricisi isə dünyada ən aşağı həddədir.
Strategiya.az