Ərdoğan: “Sabahdan etibarən ölkədən qaçanlar ola bilər”

09:25 / 31.03.2014

Ərdoğan “nurçular”ı “Haşhaşilər”ə bənzətdi

Türkiyənin baş naziri, hazırda iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri Rəcəb Tayyip Ərdoğan partiyasının bələdiyyə seçkilərində qalib gəlməsi münasibətilə məşhur “balkon çıxışı”nı edib.

 

APA-nın xəbərinə görə, R.T. Ərdoğan “balkon çıxışı”ndan öncə partiyadaşları və ailə üzvləri, xanımı Əminə Ərdoğan, oğlu Bilal Ərdoğan və qızları ilə birlikdə mitinqə toplaşanları salamlayıb. 

O, çıxışına “77 milyon Türkiyə vətəndaşını bir daha məhəbbətlə qucaqalayıb, salamlayıram” deyə başlayıb.

Ərdoğan partiyasının qələbəsini “Siz öz iradənizə, demokratiyaya, partiyanıza, baş nazirinizə sahib çıxdınız. Buna görə Sizə təşəkkür edirəm” deyə ifadə edib.

Baş nazir daha sonra “Hizmət” Hərəkatına və müxalifət partiyalarına sərt ittihamlar səsləndirib: “ Bu gün bu millət Türkiyəyə və dünyaya bir mesaj verdi. “Biz burdayıq, bu ölkənin sahibiyik, millət əyilməz, Türkiyə əyiləz” deyə bildi.  Biz Türkiyə Cümhuriyyətini küçədən tapmadıq. Ona görə də bu ölkəni Pensilvaniyaya və onun burdakı xain uzantılarına təslim etmərik”.

Ərdoğan bildirib ki, o, Hizmət Hərəkatının üzvlərinin bəziləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: “ Bəziləri ilə bağlı şəxsən özüm prokurorluğa müraciət etmişəm. Çünki sabahdan etibarən qaçanlar ola bilər. Mən əvvəldən də demişdim, hinlərinə girəcəyik. Onlar bu dövlətə etdiklərinin hesabını verib, bədəlini ödəyəcəklər. Bizim milli təhlükəsizliyimi necə təhdid edərlər?”

Ərdoğan “nurçular”ı “Haşhaşilər”ə bənzədib: “Suriya bu gün bizimlə müharibə vəziyyətindədir. Bu xainlər Suriya ilə bağlı danışıqları dinləyib dünyaya yayıblar. Bunlar bu hərəkətləri ilə Haşhaşilərə rəhmət oxutdurdular”.

Baş nazir qeyd edib ki, bugünkü seçkinin nəticələri “millətin siyasətdən kənar yolla Türkiyənin istiqamətinin dəyişdirilməsinə etirazını göstərdi”: “ Seçkinin nəticəsi kimin qazandığından daha çox kimin məğlub olduğunu müəyyən etdi. Bu gün əxlaqdan kənar, kasset, montaj, şantaj siyasəti, çirkin ittifaqlar, hədəfsiz, plansız siyasət məğlub oldu. Türkiyəyə xainlik edənlər, tam bir Osmanlı şilləsi yedilər”.  

Ərdoğan yenə də Fətullah Güləni dəstəkləyən medianı və iş adamlarını hədəfə alıb: “Nə oldu? Millət seçki qutusunda münasibətini göstərdi, biz burdayıq. Siz indi hardasınız?”

Baş nazir daha sonra müxalifətə çağırış edib: “Biz nəticələri analiz edəcəyik. Bu faizlərimizin daha yüksək olmamasının səbəbini müzakirə edəcəyik. Bizə səs verənlərlə yanaşı səsini ala bilmədiyimiz vətəndaşlarımızın da hisslərini dəyərləndirəcəyik. Hər kəs seçki qutusundan çıxan mesajı doğru oxumalıdır”.

 Ərdoğanın Türkiyəyə yeni müxalifət lazım olduğunu da bildirib: “Gəlin, yeni səhifə açaq. Türkiyə sevdası hər şeyin üzərində olsun.  Türkiyə qazanacaqsa, biz uduzmağa hazırıq”.

 Lakin bu çağırışdan sonra Ərdoğan yenə də Fətullah Gülənin tərəfdarlarının və müxalifətin ünvanına sərt ittihamlar səsləndirib: “ Bu gün Türkiyə düşmənlərinin maşaları, millətin öz içindən çıxıb ona xəyanət edənlər xəyal qırıqlığına uğradılar.  Millət istiqrarına uzanan əlləri seçki qutusunda dəfn etdi. Sinsi planları, əxlaqsız tələləri pozdu, hiylələr üzərində qələbə çaldı. 30-40 il içində dövlət içinə sızanlarla hüquq dilində danışmağın vaxtı gəlib. Çünki bu cür şəbəkələri nə millət, nə də biz qəbul edə bilərik”.

 Ərdoğan çıxışını “bu gün yeni Türkiyənin şadlıq günü, qələbə günü” deyərək bitirib.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM