Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, iyunun 22-də Bakı şəhəri, Pirallahı rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda) batan, 1998-ci il təvəllüdlü İsmayıllı Fərid Ədalət oğlunun axtarışları başa çatıb.
F.İsmayıllının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 10 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.