Çinin paytaxtı Pekində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Rəhbərlər Şurasının ilk iclası işə başlayıb.
Tədbirdə AİİB-in təsisçi-üzvü olan 57 ölkənin rəsmiləri, habelə müşahidəçi dövlətlərin və beynəlxalq tərəfdaş maliyyə qurumlarının nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edirlər.
İclasda Azərbaycanı iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.
Rəhbərlər Şurasının ilk iclasının açılış mərasimində çıxış edən Çin Dövlət Şurası Sədrinin (Baş nazir) birinci müavini Can Qaoli deyib ki, ölkəsi bankın Asiyada infrastruktur layihələrini maliyyələşdirməklə regional inkişafa və əməkdaşlığa töhfə verəcəyinə inanır.
Bankın ali orqanı olan Rəhbərlər Şurasının ilk iclasında çıxış edən AİİB-in prezidenti Cin Liçun qurumun altı aylıq fəaliyyəti dövründə görülən işlər barədə hesabat verib. Qeyd edib ki, dünya maliyyə sistemində yeni bir təsisat olan AİİB diqqəti infrastruktur sahələrinə, o cümlədən enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, habelə təhsil və səhiyyə layihələrinə yönəldəcək. Artıq bu istiqamətdə ilk addım olaraq Banqladeş, İndoneziya, Tacikistan və Pakistanda 4 layihəyə ümumilikdə 509 milyon ABŞ dolları məbləğində kredit ayrılması barədə qərar qəbul olunub.
İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanın AİİB-in yaradılması təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdən biri olduğunu deyib, ölkəmizin bankın təsisçi-üzvü kimi onun fəaliyyətində yaxından iştirakına diqqəti çəkib.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir müavini bildirib ki, vacib islahatlar həyata keçirməklə iqtisadi modernləşməyə və inkişafa nail olan ölkəmizdə 2005-2015-ci illərdə ümumi daxili məhsul 2,4 dəfə, qeyri-neft sektoru 2,3 dəfə, strateji valyuta ehtiyatları 16,3 dəfə artıb. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın bütün iqtisadiyyatının 70 faizdən çoxunu təşkil etdir.
N.Səfərov hökumətin son vaxtlar dünya iqtisadiyyatında yaranmış vəziyyətlə əlaqədar makroiqtisadi sabitliyin qorunması, maliyyə şəffaflığının təmin edilməsi, biznes mühitinin təkmilləşdirilməsi, ixrac imkanlarının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm qərarlar qəbul etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın tranzit imkanlarından daha səmərəli istifadə olunması məqsədilə qısa müddətdə görülmüş işlər sayəsində ilin ilk rübündə tranzit həcmi 2,4 dəfə artıb.
Nazir müavini Azərbaycanın regional inkişafa verdiyi töhfələrdən, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft və Bakı –Tbilisi-Ərzurum qaz kəmərləri, “Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən danışıb, ölkəmizin əlverişli coğrafi mövqe və infrastruktur imkanları sayəsində regional logistika mərkəzinə çevrildiyini deyib. O, AİİB-i Azərbaycanda, xüsusilə özəl sektorda investisiya layihələrində fəal iştiraka dəvət edib.
Bankın Rəhbərlər Şurasının ilk iclası iki gün davam edəcək.
Mənzil-qərargahı Pekində yerləşən bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilib. Bunun təxminən 75 faizini Asiya ölkələri təmin edəcək. Ölkələrin payı onların iqtisadiyyatının həcminə uyğun müəyyən edilir. Bankda Asiyadan 34, Avropadan 18, Afrikadan 2, Okeaniyadan 2, Cənubi Amerikadan 1 dövlət təmsil olunur. Bankın ali orqanı Rəhbərlər Şurasıdır. Bundan başqa, 12 nəfərdən ibarət Direktorlar Şurası və idarəedici heyət daha aşağı səviyyədə icra orqanları kimi fəaliyyət göstərəcək.//Azərtac
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM