Üzv dövlətlərin rəhbər şəxsləri tərəfindən iclasın protokolu imzalanıb

14:15 / 27.06.2016

İyunun 27-də Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin 49-cu iclası öz işinə başlayıb.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

İclasda çıxış edən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının sədri Ramiz Həsənov ölkəmizdə beynəlxalq və regional tədbirlərin keçirilməsinin artıq ənənə halı aldığını bildirib. MDB ölkələrinin standartlaşdırma üzrə milli qurumlarının rəhbər şəxslərinin təmsil olunduğu iclasda komitə sədri qeyd edib ki, son illər Azərbaycanda ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğısı nəticəsində keyfiyyət infrastrukturunun tərkib hissələri olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə olunması sahələrində əsaslı nailiyyətlər əldə olunub, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixracqabiliyyətli məhsulların istehsal həcminin artırılması məqsədilə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı ardıcıl islahatlar aparılmaqdadır.

Ramiz Həsənovun vurğulayıb ki, ötən il texniki tənzimləmə və standartlaşdırma sisteminin müasir hüquqi bazasının yaradılması çərçivəsində “Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” Qanun layihələri beynəlxalq təcrübə nəzərə alınaraq təkmilləşdirilib və hökumətə təqdim edilib. Komitə sədri Azərbaycanın iqtisadi inkişaf dayanıqlığına və ölkənin dünya bazarlarına çıxışına kömək etmək məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək” adlı Tvinninq layihəsinin uğurla başa çatdığını, hazırda isə “Metrologiya sisteminin müasirləşdirilməsi və inkişafına dəstək” yeni layihənin icra olunduğunu vurğulayıb.

Ötən il Azərbaycanda “Neft texnologiyası – qaz hasilatı və neft emalı məhsulları” və “Alternativ və bərpa olunan enerji və enerjieffektivlik” sahələrinin standartlaşdırılması üzrə Texniki Komitələr (TK) yaradılıb, “Nəqliyyat üzrə” yeni TK-nın yaradılması üzərində işlər aparılır. Hazırda milli standartlar fondunda 917 standart mövcuddur ki, bunlardan 40 faizi beynəlxalq və Avropa standartlarına uyğunlaşdırılıb.

Ramiz Həsənov Azərbaycanın etalon bazasının daha da genişləndirilməsi və müasir tələblərə cavab verməsi məqsədilə tikilmiş yeni laboratoriya binasının istifadəyə verildiyini, 20-dən çox yeni etalon laboratoriyasının qurulması istiqamətində işlərin sürətləndirildiyini qeyd edib. Həmçinin bildirib ki, ölkəmiz ötən ildən Ölçülər və Çəkilər üzrə Baş Konfransa və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata üzv olub. Bununla da Azərbaycanda aparılan ölçmələrin dünyada tanınması istiqamətində ilk mərhələ icra edilib.

Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya fəaliyyətinin beynəlxalq tələblərə uyğun təşkili məqsədilə komitə yanında Dövlət Akkreditasiya Xidmətinin Beynəlxalq Akkreditasiya Forumu və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq təşkilatına tam hüquqlu üzvlüyü ilə bağlı işlərin sürətləndirildiyi nəzərə çatdırılıb.

İclasda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının məsul katibi, Dövlətlərarası Şuranın Standartlaşdırma Bürosunun direktoru Nikolay Soneç, Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin rəhbəri Aleksey Abramov, Belarus Respublikası Standartlaşdırma üzrə Dövlət Komitəsinin sədri Viktor Nazarenko, Ukrayna Respublikası Milli Akkreditasiya Agentliyinin sədri Viktor Qoritskiy, Qırğızıstan Respublikasının Akkreditasiya Mərkəzinin direktoru Janıbek Çapayev, Qazaxıstan Respublikasının Texniki Tənzimləmə və Metrologiya Komitəsinin sədri Birjan Koneşev, Moldova Respublikasının Milli Akkreditasiya Mərkəzinin direktoru Eujeniya Spoyale, Polşa Respublikasının Standartlaşdırma Komitəsinin vitse-prezidenti Jolanta Kochanska və digərləri çıxış edərək bir daha Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə ediblər. Onlar son dövrlərdə ölkəmizin uğurları, keyfiyyət infrastrukturu sahələri üzrə əldə olunan nailiyyətlərlə yaxından tanış olduqlarını qeyd ediblər.

Sonra iclas gündəlikdə olan məsələlərin müzakirəsi ilə davam etdirilib. Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, MDB-nin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər Planı, ticarətdə texniki maneələr barədə qarşılıqlı anlaşma saziş layihəsi, dövlətlərarası standartların tətbiqi və yayılması, 2016-2018-ci illərdə müasir tələblərə cavab verən etalonların tətbiqi, milli etalonların məlumat bazasının formalaşdırılması, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının qarşılıqlı tanınması və s. məsələlər üzrə müzakirələr aparılıb.

Sonda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxsləri tərəfindən iclasın protokolu imzalanıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM