Türkiyənin baş naziri qeyd edib ki, Türkiyədəki siyasi qüvvələr bu məktubu istədikləri kimi yoza bilərlər.
«Bu cür reaksiyaya cavab verməyə vaxtımız yoxdur. Dünya iqtisadiyyatı ağlar vəziyyətdədir və biz bir çox addımlar atmalıyıq», - baş nazir deyib.
Binali Yıldırım həmçinin Ərdoğanla Putin arasında birbaşa danışıqların anonsunu verib.
«Bir neçə gündən sonra prezident Ərdoğan telefonla Rusiya prezidenti Vladimir Putinlə danışacaq. Bununla da iki dövlət arasında böhran tamamilə tənzimlənəcək. Uzun danışıqlar oldu və bunlar nəticəsini verdi. Tərəflər baş verənləri unudacaqlar. Biz bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyatda, turizmdə və investisiyalarda əlaqələri normallaşdıracağıq», - Yıldırım deyib.//virtualaz.org