“Erməni lobbisi mənə ultimatum verdi: “Bu kıtabı nəşr etdirib, başına bəla açma!”

11:06 / 28.06.2016

İki gün öncə Moskvada rusiyalı tarixçi alim Oleq Kuznetsovun “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabının təqdimat mərasimi keçirilib. Paytaxtın Jurnalistlər Evində keçirilən təqdimat mərasimində Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, yerli və xarici medianın təmsilçiləri iştirak ediblər. 

Strategiya.az saytının məlumatına görə, erməni lobbisinin təzyiqləri qarşısında çox böyük çətinliklə işıq üzü görmüş kitabın nəşr edilməsində Rusiyada fəaliyyət göstərən bəzi soydaşlamızın xüsusi əməyi olub. Bu işdə ən böyük əziyyəti isə Rusiya FMMM Ağsaqallar Şurasının və Rusiya jurnalistlər İttifaqının üzvü Vidadi  Abbasov çəkib. O, Modern.az saytına müsahibəsinə kitabın hansı çətinliklərlə çap olunmasından danışıb:


- Bu günlərdə Moskvada erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifi olan tarixçi alim Oleq Kuznetsovun “XX əsrdə transmilli ermәni terrorunun tarixi” kitabı nəşr olundu. Bildiyimizə görə, bu kitabın ərsəyə gəlməsində sizin də böyük rolunuz olub, təşəbbüskarlardan birisiniz. Mümkünsə bunlar barədə danışardınız... 


- Əslində bu kitab  bir il yarımdır nəşrə hazırmış. 2015-ci il ərzində müəllif Oleq Kuznetsovun kitabı Rusiyada nəşr etdirmək üçün biznesmenlərdən tutmuş Azərbaycan səfirliyinə qədər bir çoxlarına müraciət etdiyi və heç kimdən dəstək ala bilmədiyi bu ilin yanvarında ortaya çıxdı. Sözun doğrusu mənim bu vəziyyətdən xəbərım belə, yox idi. Oleq Kuznetsovun problemi mətbuatda yazmaması və mənim də Nijni Novqorodda yaşamam səbəbindən bilməmişəm. Yalnız bu ilin yanvarında Kuznetsov mənə zəng etdi və vəziyyəti danışaraq, kömək istədi. Doğrusu çox utandım. “Oleq Yuryeviç, rahat olun, sizin kitabınız mütləq çıxacaq” - dedım, O gündən də işə başladıq. 


- Eyni zamanda o barədə də məlumatlıyıq ki, bu monoqrafiyanın işıq üzü görməsində ciddi çətinliklər olub. Müəllif özü də bu barədə deyib. Söhbət hansı çətinliklərdən  gedirdi və onlar necə aradan qaldırıldı? 


- Kitabı A4 formatında çox keyfiyyətli şəkildə nəşr etdirmək lazım idi. Bu isə xeyli vəsait tələb edirdi. Ona görə ilk olaraq maliyyə məsələsini həll etmək lazım gəlirdi. Bunun üçün həmyerlimiz, keçmiş senator Fərhad Əhmədova müraciət etdim.  Sağ olsun. O da köməyə hazır olduğunu bildirdi. Bundan sonra işin düzəldiyini zənn etdim və kitabı Nijni Novqorod mətbəəsinə sifariş verdim. Bir həftə çəkən texniki hazırlıqdan sonra çap prosesi başlayan günün gecəsi birisi  mənə zəng edib evimin önünə çıxmamı tələb etdi. Çıxdım. Söhbət ultimativ və qısa oldu. Mətbəədəki materiallara da artıq əl qoyulmuşdu.


- Nə dedilər sizə? 


- Qısa desəm, "Rusiyada erməni terrorizmindən kitab nəşr etdirmək olmaz, başına bəla açma" –dedilər. 


- Xəbərdarlıqdan sonra Siz cəkildinizmi bu isdən?


- Bir ay fasilə verdik  və  fevralda yenidən başladıq. Amma bu dəfə başqa vilayətdə. Yenə eyni şey təkrarlandı. Belə olduqda kitabı may ayında Belorusun paytaxtı Minskə gedib orada nəşr etdirməyi qərara aldıq. Hər halda erməni lobbisinin oraya əli çatmaz deyə, düsünmüşdük. Mənım orada olmamı özümdən başqa heç kim bilmirdi, hətta ailəm belə... Amma orada da eyni hadisə təkrarlandı. Ancaq bu dəfə eyni vaxtda Rusiyada başqa bir mətbəədə də paralel olaraq iş gedirdı. Diqqətləri Minskdə olan “dostlarımız” buranı nəzərdən qaçırdılar. Və nəticədə kitab çıxdı. Mətbəədən alınması və daşınması isə bir ayrı detektiv hekayəsidir.



- Çıxmağına bu cür əziyyət çəkdiyiniz “XX əsrdə transmilli ermәni terrorunun tarixi” kitabı hansı gerçəklikləri ortaya qoyub?


- Dunyaya gəlib-getmiş terror  örğütlərinin ən təşkilatlanmış və geniş coğrafiyada fəaliyyət ğöstərən erməni terrorizmi  tədqiqatçılar tərəfindən fundamental şəkildə öyrənilməmişdir. Daha doğrusu, hər ölkədə kök atmış erməni lobbisi buna imkan verməmişdir. Rus tarixçisi  Oleq Kuznetsov bu işi basarmış ilk alimdir. Monoqrafiya dünya arxivlərinin materiallarına əsaslanmış, transmilli  erməni terrorizminin siyasi, sosial, hüquqi və beynəlxalq aspektlərini ortaya qoyan təkzib olunmaz  bir tarixi elmi tədqiqat əsəridır.


- Sözsüz ki, erməni terroru haqqında belə bir kitabın Rusiya paytaxtında çap olunması böyük hadisədir. Rusiya ictimai-siyasi, elmi dairərləri bu kitabın işıq üzü görməsini necə qarşıladılar?


- Onu deyə bilərəm ki, bu kitaba maraq böyükdür. Müəllifə və mənə müraciət edən, “kitabı necə əldə etmək olar?” deyə soruşanlar olduqca çoxdur. Amma aparıcı mətbuat orqanlarının çoxusu ya qorxudan, ya da erməni lobbisinin təsirindən bu haqda yazmağa çəkinir. Bu da təəccüblü bır hadisə deyil. 



- “XX əsrdə transmilli ermәni terrorunun tarixi” kitabına erməni diasporu da bir reaksiya göstərdimi? Əgər hələ belə bir reaksiya yoxdursa, bu istiqamtdə nə gözləyirsiniz? 

- Rəsmi bir reaksiya yoxdur və olmasını da gözləmirəm. Onlar başa düsürlər ki, mətbuatda rəsmi reaksiya versələr, bizim təbliğatımıza dəstək vermiş olarlar. Oleq Kuznetsova və özümə qarşı isə  onlardan hər cür xain addım gözləmək mümkündür. 
Qeyri-rəsmi təqyiqlərdən isə kitabı necə əziyyətlə çıxarmağımızdan danışarkən bəhs etdim... 



- Kitabın informasiya bazarında hərəkəti, yəni onun yayılması, müxtəlif auditoriyalarda oxunması üçün hansı işlər görülür? 



- Hələ hazırlıq işləri gedir. Kitabın çıxması işin yarısıdır. Əsas iş onun lazımi ünvanlara çatmasıdır ki, buna da bütün diaspor təşkilatlarımızın köməyi olmazsa, bizim ücün çox çətin olacaq.


- Belə bir qiymətli nəşrin rusiyalı jurnalistlər, alimlər, tələbələr, hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təqdimatını keçirmək olarmı? Yəni belə təşəbbüslər gözlənilirmi? Bu da maliyyə imkanları tələb edirmi? 


-Əvvəla onu deyim kı, pulsuz  bu işlər olmaz. Ona görə də Fərhad  Əhmədov başda olmaqla, bu kitabın nəşr olunmasına imkanı daxilində yardım etmiş bütün azərbaycanlılara sonsuz təşəkkürümü bildirirəm. 
Bundan sonrasına gəlincə, azərbaycanlıların Rusiyada kağız üzərində 2 federal və 300-ə yaxın regional təşkilatı var. Hərəsi bir təqdimat keçirsə, 100 illik yalan üzərində qurulmuş erməni təbliğatını darmadağın etmiş olarıq. Buyursunlar...



Əfqan Qafarlı


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM